Diqqət: “Hacı” pivəsində spirt var

11:22 | 09.07.2014
Diqqət: “Hacı” pivəsində spirt var

Diqqət: “Hacı” pivəsində spirt var

Almaniyanın “Deutscher Brauer-Bund” pivə sənayesi birliyi alkoqolsuz pivənin tərkibi barədə məlumat verəcəklərini boyun olub.ANN.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Alman dalğası” məlumat yayıb.Belə ki, birlik pivə çeşidləri üzərində onun tərkibi haqda ətraflı məlumat verəcəklərini bildiriblər. Məlumata əsasən, bu məhsula tələbat artmaqdadır. Ötən il belə pivələrini satışının həcmi 12 faiz çoxalıb.Məlumatın yazılması ilə bağlı razılaşma Almaniya İstehlakçıların Haqqını Müdafiə Birliyi ilə pivəbişirənlər arasında əldə edilib.Texnologiyaya əsasən, alkoqolsuz pivənin və sərinləşdirici içkilərin tərkibində 0,5 faiz spirt olur. Bununla belə istehlakçıların 70 faizi elə bilir ki, bu məhsulların tərkibində alkoqol tamamilə yoxdur.İstehlakçılar birliyi ilə istehsalçılar arasında keçirilən uzunmüddətli danışıqlardan sonra əldə edilən razılaşmaya əsasən, tamam alkoqolsuz pivələr “0,00 faiz” adlandırılacaq.Həmin razılaşmaya görə, əgər alkoqolsuz pivə bu tələbə cavab verməsə, o zaman 2015-ci ildən etibarən pivə qablarının üzərindəki etiketlərdə spirtin miqdarını “Alk. < 0,5 % vol.” yazılaraq göstəriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM