1. Dişlər müntəzəm olaraq səhər və axşam - gündə 2 dəfə doğru formada fırçalanmalı və diş ipindən istifadə olunmalıdır.
2. Yemək artıqları dişlərin çeynəmə səthində, dişlərin bir-birinə dəydiyi ara səthlərdə və dil üzərində yığılıb qaldığı üçün diş fırçaları kiçik başlıqlı olmalı, ağız gigiyenası bu fırçalarla qorunmalıdır.
3. Diş fırçası orta sərtlikdə, həm də yumşaq tüklü olmalı və 3-4 aydan bir dəyişdirilməlidir.
4. Başqasının diş fırçası istifadə edilməməlidir.
5. Diş məcununu su ilə islatmadan, quru diş fırçası üzərinə sürtülərək fırçalama təmin olunmalıdır.
6. Orqanizmin balanslı çəkildə bəslənilməsinə diqqət yetirilməlidir.
7. Vaxtlı-vaxtında diş həkiminə müraciət etmək lazımdır. Hətta dişlərdə problem olmasa belə...
8. Ftoridlı diş pastaları seçmək lazımdır ki, dişlərin qorunmasına yardımçı olsun.
9. Diş yumağa əlavə olaraq ağız qoxusunu aradan qaldırmağa köməkçi, spirtsiz ağız yaxalama sularından da istifadə edilməlidir.
10. Şəkərli qidalar əsas yemək vaxtlarında qəbul edilməlidir.
11. İsti və soyuğa həssas dişlər, ağrılı dişlər, başlanğıc mərhələdə olan çürüklər, qəhvəyi rəngləmələr və oyuqlar gördükdə vaxt keçirilmədən diş həkiminə müraciət edilməlidir.
12. 6 ayda bir diş həkimi ziyarət edilməli, müntəzəm olaraq keçirilən ağız və diş sağlamlığı müayinələri ilə çürük formalaşması qarşısı alınmalıdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !