Milyarder maraqlı açıqlama ilə gündəmə gəlib
Dünya Dünyanın ən zəngin adamı olan meksikalı telekommunikasiya şirkəti sahibi Karlos Slim maraqlı açıqlama ilə gündəmə gəlib.
ANS PRESS-in məlumatına görə, milyarder insanların həftədə 3 gün çalışmasının lazım olduğunu söyləyib. 79,6 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin adamı olan Slim Paraqvayda təşkil edilən bir konfransda çıxışı zamanı bu sözləri deyib.
O qeyd edib ki, insanların iş həyatları haqqında radikal bir dəyişiklik etmək vaxtı gəlib çatıb: "Həftədə 3 günlük iş ilə keyfiyyətli bir həyat və istirahət üçün daha çox zamanımız olar. 4 günlük boşluq müxtəlif fəaliyyət növləri ilə məşğul olmağa kömək ola bilər. Gündə 11 saatdan 3 günlük iş fəaliyyəti 50-60 yaş arasında təqaüdçü olacaq insanların 70-75 yaşına qədər işləməsinə də imkan verəcək".
Telekommunikasiya firmasının sahibi olan Slimin şirkətində işləyənlər milyarder iş adamının şərhlərinə bənzər bir sistemdə çalışır. Təqaüdçü olan işçilər istəsələr həftədə 4 gün çalışaraq tam maaşlarını ala bilirlər.
Qeyd edək ki, Karlos Slim 79,8 milyard dollarlıq sərvətiylə son olaraq "Microsoft"un sahibi Bill Qeytsi keçərək dünyanın ən zəngin adamı adını əldə edib.
ANN.Az