"Donbasda ölənlərin sayı 9 470 nəfərə çatıb"

09:16 | 09.07.2016

"Donbasda ölənlərin sayı 9 470 nəfərə çatıb"

Ukraynanın şərqində hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 9 470 nəfərə çatıb.
 
APA-nın məlumatına görə,  BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinin hesabatında belə deyilir.
 
"2014-cü il aprelin ortalarından 2016-cı ilin iyulunadək Ukraynanın şərqində  9 470 nəfər həlak olub, 21880  nəfər yaralanıb. Ölənlərdən təxminən 2 mini dinc sakinlərdir. İyun ayında Donbasda 12 mülki vətəndaş ölüb, 57-si yaralanıb. Bu, 2015-ci ilin avqustundan bəri ən yüksək göstəricidir”, hesabatda deyilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM