DSMF tibb mərkəzini məhkəməyə verib

21:34 | 13.10.2015
DSMF tibb mərkəzini məhkəməyə verib

DSMF tibb mərkəzini məhkəməyə verib

Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər üzrə Hüquqi şəxslərlə İş Departamenti Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzini məhkəməyə verib.
 
"Report”un xəbərinə görə, DSMF məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə iddia irəli sürüb.
 
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
 
Qeyd edək ki, Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzi Bakıda 3 ildir fəaliyyət göstərir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM