Dünyanın ən balaca boylu aktyoru vəfat etdi

21:30 | 14.06.2016
Dünyanın ən balaca boylu aktyoru vəfat etdi

Dünyanın ən balaca boylu aktyoru vəfat etdi

Dünyanın ən balaca boylu aktyoru kimi tanınan Mixay Mesaroş vəfat edib.

"Report" xəbər verir ki, "Mixu" ləqəbli aktyor 76 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, M.Mesaroş 1939-cu ildə Macarıstanda anadan olub. O, uzun illər sirkdə çalışıb.

84 sm boyu olan aktyor "Alfa" serialında çəkildiyi yad planetdən gələn şəxs rolu ilə məşhurlaşıb. "Alfa" serialı 1986-cı ildən 1990-cı ilə qədər ABŞ-da çox məşhur olub. M.Mesaroş bu serialda yaratdığı obrazla tamaşaçıların sevimlisinə çevrilib. O, dünya şöhrətli müğənni Maykl Ceksonun yaxın dostlarından biri olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM