Dövlət Komitəsi “Azərsu” ASC-ni məhkəməyə verdi

15:38 | 26.10.2015
Dövlət Komitəsi “Azərsu” ASC-ni məhkəməyə verdi

Dövlət Komitəsi “Azərsu” ASC-ni məhkəməyə verdi

 Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) və "Bulaq-2" Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

"Report"un xəbərinə görə, ƏMDK müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi barədə iddia irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.

Qərarla razılaşmayan Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Bulaq-2" MTK isə hündürmərtəbəli bina tikintisi ilə məşğul olur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM