Dövlət Komitəsində YENİ TƏYİNAT

13:21 | 10.09.2014
Dövlət Komitəsində YENİ TƏYİNAT

Dövlət Komitəsində YENİ TƏYİNAT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi davam edir.Modern.az-ın məlumatına görə, qurumun yeni sədri Mübariz Qurbanlının müvafiq əmri ilə Oqtay Hüseynov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aparatına rəhbər təyin olunub. O.Hüseynov artıq işə çıxır.Qeyd edək ki, iyulun 21-dən Komitəyə sədr təyin olunan YAP icra katibinin müavini Mübariz Qurbanlı təxminən iki aya yaxın köhnə komanda ilə çalışandan sonra kadr islahatlarına başlayıb. Yeni sədr Anar Kazımovu komitənin Bakı şöbəsinin müdiri təyin edib. A.Kazımov buna qədər komitənin Bakı şöbəsində məsləhətçi işləyib.

Onu da qeyd edək ki, M.Qurbanlının sədrliyindən qabaqkı dövrdə Komitə sədrinin köməkçisi işləmiş Daşqın Rəcəbli də bir neçə gün öncə vəzifəsindən azad edilib, onun yerinə 28 yaşlı Amid Cavadov gətirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM