Ebola vaksini təcrübədən keçiriləcək

09:57 | 22.10.2014
Ebola vaksini təcrübədən keçiriləcək

Ebola vaksini təcrübədən keçiriləcək

Minlərlə insan peyvənd olacaq.Noyabrın 1-dən İsveçrədə Ebola virusuna qarşı iki perspektivli vaksinin kliniki təcrübələri başlayacaq. Vaksinlər Lozannada 125 könüllü üzərində sınaqdan keçiriləcək. Hər iki vaksin şimpanze adenovirusu bazasında yaradılıb.Bu vaksinin kliniki sınaqları kiçik həcmlərdə ABŞ, Böyük Britaniya və Malidə aparılır, Oxu.Az TASS-a istinadən xəbər verir.Paralel olaraq Jenevada Ümumdünya Səhiyyə Təşkilatının koordinatorluğu ilə ikinci perspektiv vaksinin kliniki sınaqları aparılacaq. Onun tərkibində vezikulyar stomatitin rekombinant virusu mövcuddur, ona Ebola virusunun geni əlavə edilib. Jenevada vaksinin beş fərqli dozası test ediləcək. Bu zərdabda 125 könüllü sınaqdan keçiriləcək.Vaksinin sınaqları yarım ildən bir ilə qədər çəkəcək. Amma testlərin təhlükəsizliyinə dair ilkin nəticələri və antigenliyi artıq 2014-cü ilin dekabr ayında hazır olacaq.Əgər vaksin sınaqları uğurlu hesab edilsə, artıq 2015-ci ilin yanvarında vaksin Qərbi Afrika ölkələrinə çatdırılacaq.Doğrudur, kütləvi peyvənd barədə söhbət getmir, bunu ÜST baş direktorunun köməkçisi Mari-Pol Kini bildirib. Onun sözlərinə görə on minlərlə isan peyvənd olunacaq.Bu günə qədər təhlükəli xəstəliyin epidemiyası 4,5 min insanın həyatına son qoyub. Daha 9 min 200 insan isə Ebola virusuna yoluxub. Ölüm halları ilə nəticələnən yoluxma hadisələri əsasən üç ölkədə - Liberiya, Syerra-Leon və Qvineyada olub. Seneqal virusun yayılmasının dayandırıldığı ilk Qərbi Afrika ölkəsidir. Seneqalda son yoluxma hadisəsi avqustun sonunda qeydə alınıb. ÜST qaydalarına əsasən son yoluxma hadisəsindən 42 gün sonra yeni yoluxma qeydə alınmasa Ebola virusunun yayılmasının qarşısının alındığı hesab edilir.İndi isə Afrikada Ebola virusundan gündəlik olaraq 200 adam vəfat edir. Epidemiya BMT proqnozlarına görə yayılır, gələn həftə bu xəstəlikdən təxminən beş min adam öləcək, dekabrda isə bu rəqəm iki dəfə artacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM