Çeçen icmasının nümayəndəsindən tükürpədici etiraflar

23:34 | 05.06.2014
Çeçen icmasının nümayəndəsindən tükürpədici etiraflar

Çeçen icmasının nümayəndəsindən tükürpədici etiraflar

Ukraynanın şərqində baş verən hadisələrdə çeçenlərin rusiyapərəst separatçılar tərəfindən döyüşməsi faktı tez-tez mediada yer alır. 
Bu gün yayılan məlumata görə isə, “Azad Qafqaz” ictimai-siyasi hərəkatı Donbasda Rusiya yönlü separatçıların tərəfində döyüşən muzdlu çeçenlərin qəhrəman çeçen xalqını təmsil etmədiyi bəyan edilib.  Ukrayna tərəfindən separatçılara qarşı batalyon yaradıldığı vurğulanıb. Əslində Ukrayna ilə Rusiya arasında baş verən prosesdə çeçenlərin adının hallanması maraq doğurur.
 
Bütün baş verənlərlə bağlı Fransanın çeçen icmasının nümayəndəsi, “İchkeria.info” internet saytının administratoru Xasuxa Maqamadov Teleqraf.com-a danışıb.
 
- İçkeriya Çeçen Respublikası ordusunun fiziki və texniki imkanları necədir? 
 
- Ordunun imkanları hələ ki, həm maddi, həm texniki cəhətdən məhduddur.
 
- Ukraynada hərbi hazırlıqları baxımından çeçenlər nə qədərdir? Bilirsiniz ki, ən yaxşı döyüşçülər Qafqazdan çıxır...
 
- Məsələ burasındadır ki, Ukraynada qarşıdurmada iştirak edənlər bu addımı ilə öz ailəsini Çeçenistanda təhlükə altında qoyur. Onların sayı isə heç kimə məlum deyil. 
 
- Rusiya Federasiyasında yaşayan istənilən çeçen Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşməklə ailəsini təhlükəyə atır?
 
- Bəli. Əgər bu haqda onun Vətənində bilirlərsə.
 
- Ukraynanın ərazi bütövlüyünə qarşı vuruşan çeçenləri “kadırovçular” adlandırırlar. Bu həqiqətən belədir?
 
- Mən onların belə çağırılmasını istəməzdim. Onların rusiyalı çağırılmasının tərəfdarıyam, çünki bu insanlar Rusiyanın maraqlarını “müdafiə” edirlər.
 
- Onlar müqavilə əsasında xidmət edənlərdir?
 
- Yəqin ki, onlar orduda müqavilə əsasında xidmət edirlər. Bu haqda dəqiq məlumatım yoxdur. Çünki heç vaxt Rusiyanın nə ordusunda, nə daxili işlərində, nə də xüsusi xidmət orqanlarında xidmət etməmişəm. Fikirləşmirəm ki, onlar öz istəkləri ilə xidmət edirlər.
 
- Ukraynada döyüşən rusiyalıların sayı bəllidirmi?
 
- Onların seçim imkanları olub.
 
- Siz yəqin ki, çeçendilliləri nəzərdə tutursunuz?
 
- Bəli. Düşünürəm ki, Kadırov özü bu sualın cavabını bilmir, çünki ona tabe olmayan qruplar var.
 
- Həmin tabe olmayan çeçenlərdən ibarət qruplar Ukrayna tərəfindən vuruşurlar?
 
- Mən belə düşünmürəm.
 
- Belə çeçenlər var ki, könüllü şəkildə ora yollanırlar?
 
- Ukrayna tərəfindən döyüşlərdə hansı millətdən olmasından asılı olmayaraq, Rusiyadan olan hərbiçilər iştirak etmir. 
 
- Onlar öz istəklərinə uyğun oraya getmir?
 
- Mənim tanıdığım insanlar arasında elə biri yoxdur ki, Ukrayna tərəfindən və ya separatçılar tərəfindən döyüşsün.
 
- Ukraynada çeçenlərin döyüşməsi ilə bağlı şayiələr haradan yaranıb və bu kimə lazımdır?
 
- Həqiqətən də, mənə də aydın deyil ki, Ukrayna KİV-ləri bir neçə çeçenin döyüşlərdə iştirak etməsi ilə bağlı isterika yaradırlar. Bu dezinformasiyanı Rusiya yayıb və Ukrayna mediası da bunu mənimsəyib. Rusiyanın bu addımı başa düşüləndir və Ukrayna əhalisini qəddar çeçenlərlə qorxutmaq istəyir. Ukrayna mətbuatının hədəfi başa düşülən deyil. Elə təsəvvür yaranır ki, onlar “qardaş” Rusiyanın məsuliyyətini çeçenlərin üzərinə qoyurlar. Velosiped kəşf etməyə ehtiyac yoxdur, çeçenlər indi dövriyyəyə buraxılmış güclü bir brenddir.
 
- İndiki məqamda Rusiyanın məsuliyyətini İçkeriya Çeçen Respublikasının üzərinə qoymaq üçün çeçenlərdən istifadə edirlər?
 
- Çeçenlər haqqında bu brend güclü qardaşlarımız tərəfindən yaradılıb, hansılar ki, 1996-cı ildə rusları torpaqlarımızdan çıxmağa məcbur ediblər. Baxmayaraq ki, həmin dövrdə həm say, həm də texnika cəhətdən bizdən üstün idilər, lakin biz qalib gəldik. 
 
- “Çeçen kartı” Rusiya ilə Ukrayna arasında barışıq ehtimalına yönələ bilərmi?
 
- Bu elə onun üçün düşünülüb. On minlərlə rus hərbiçisindən ancaq çeçenləri seçib qabardırlar. Lakin onların Ukraynada döyüşdüyünü heç bir faktla sübut edə bilmirlər.
 
- Çeçenlərə qarşı səsləndirilən bu ittihamların kökündə nə dayanır?
 
- Xüsusi olaraq qeyd edirəm ki, çeçenlərin bir saytı belə Çeçenistanda gedən müharibədə bir ukraynalı haqqında yazmayıb. Halbuki Rusiya ordusunun minimum 30 faizi etnik ukraynalılar təşkil edir, hətta onlar arasında Çeçenistan əleyhinə döyüşdüyünə görə, Rusiyanın Milli Qəhrəmanı adını alanlar var. İstəməzdim ki, bu məsələdə millətimin adı hallansın. Əleyhinə deyiləm ki, etnik çeçenlər yaşadığı ölkənin müharibəsində iştirak eləsin. Hansı ki, həmin ölkənin vətəndaşı olaraq bu tələb olunur. Misal üçün Suriyada döyüşən çeçenlər öz dilində danışır, lakin ərəb ləhcəsi ilə. Heç kim demir ki, bu çeçenlər öz tarixi Vətənlərində olmayıblar. Hətta eyham vurulmur ki, bunlar Qafqaz müharibəsinin “bitməsi”ndən sonra deportasiya olunmuş çeçenlərin davamçılarıdır. Son olaraq qeyd edim ki, post sovet məkanında bütün bəlaların səbəbkarı Kremldir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM