• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Çeçen lideri Əli Osayevin ölüm görüntüləri yayıldı - VİDEO

Çeçen lideri Əli Osayevin ölüm görüntüləri yayıldı - VİDEO
28.05.2020 23:05
Görüntülərdə agent olduğu iddia edilən "Zona" adlı qatil Əli Osayevin evinin önündə avtomobilini park etməsini gözləyir2009-ci ildə İstanbulun Zeytinburnu məhəlləsində evinin qarşısında öldürülən çeçen lideri Əli Osayevin ölüm anına aid görüntülər yayılıb. ANS PRESS-in məlumatına görə, görüntülərdə agent olduğu iddia edilən "Zona" adlı qatil Əli Osayevin evinin önündə avtomobilini park etməsini gözləyir. Sonra sürətlə onun arxasınca qaçır və evinin nərdivanlarında başına atəş açaraq öldürür. Qatil atəş açdıqdan sonra silahı cibinə qoyaraq hadisə yerindən uzaqlaşır. Görüntüdə qatilin hadisə yerinə qara rəngli BMW avtomobillə gəldiyi görsənir.Qeyd edək ki, Çeçen müqavimət hərəkatının liderlərindən biri olan Əli Osyaev 2009-cu il fevralın 26-da axşam Zeytinburnu Gökalp məhəlləsi, 37 nömrəli evinin girişində başına açılan 3 güllə ilə öldürülüb. Cinayətin ardından təhlükəsizlik kameralarını araşdıran polis hadisə ilə əlaqədar istintaqa başlayıb. Az sonra türklər canini ələ keçirib.Gürcüstan vətəndaşı Timur Maxauri adlı agent 2012-ci ildə Atatürk Havalımanından Misirə getmək istəyərkən tutulmuşdu. Onun üzərində Ruslan Papaskiri və Timur Maxauri adlarına iki fərqli pasport olub. Qatilin Türkiyəyə bu iki pasportla 65 dəfə giriş-çıxış etdiyi bəlli olub. Təhlükəsizlik qüvvələri "Zona"nın rus kəşfiyyat işçisi Başir Kuştovla İstanbulda 3 dəfə görüşdüyünü və danışıqlarda yeni sui-qəsdlər barədə planlar çızdığını ortaya çıxarıb. Plana görə qatil Çeçenistanın keçmiş informasiya naziri Mövladi Udugovu da öldürəcək imiş. Qeyd edək ki, "Zona"nın məhkəməsinin ikinci iclası aprelin 21-də keçiriləcək.Xatırladaq ki, "Zona" adlı Timur Maxauri məşhur çeçen səhra komandiri Şamil Basayevin qətlində də əli olub. Deyilənə görə, o, 2006-cı ilin iyul ayında Basayevin öldürülməsi ilə nəticələnən terror aktının - yük maşınının partladılması olayının iştirakçısı olub. Partlayıcı ilə dolu avtomobili məhz Y.Maxauri hazırlayıbmış.Bundan başqa, Y.Maxauri özünü “İçkeriya Respublikası” adlandırmış çeçen dövlətinin şəriət məhkəməsinin başçısı Şamsuddin Batukayevə qarşı 2011-ci il oktyabrın 7-də İstanbulda törədilmiş uğursuz sui-qəsddə iştirak etməkdə də ittiham olunur.

ANNET.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
Dünya 14:05
Ermənilər Paşinyanın istefasını tələb edirlər -VİDEO
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Dünya 13:15
İstanbulun mərkəzində atışma: Çox sayda insan yaralanıb - VİDEO
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Dünya 08:36
Bu şəxsə hücum anının yeni görüntüləri - VİDEO
Rusiya bu əraziyə fosfor bombaları atıb  - VİDEO
Dünya 08:20
Rusiya bu əraziyə fosfor bombaları atıb - VİDEO
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Dünya 21:21
Gürcü və Azərbaycan xalqlarının Kürmükoba bayramından GÖRÜNTÜLƏR - VİDEO
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Dünya 17:39
Ukraynalı əsgərdən sahibsiz itə YARDIM- VİDEO
Zelenskinin yaralı qız ilə dialoqu -
Dünya 12:03
Zelenskinin yaralı qız ilə dialoqu - "Biz "Tik-tok"u işğal etmişik" - VİDEO
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Dünya 16:36
Zelenskiy yaralı əsgərlərə medallarını vermək üçün baş çəkib - VİDEO
Hansı şirkətlər Rusiyadan gedib?
Dünya 23:47
Hansı şirkətlər Rusiyadan gedib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol