Əfsanəvi ordu generalı azərbaycanlı gənci qəbul edib - FOTO

23:15 | 14.10.2014
Əfsanəvi ordu generalı azərbaycanlı gənci qəbul edib - FOTO

Əfsanəvi ordu generalı azərbaycanlı gənci qəbul edib - FOTO

Yeni Nəfəs Hərəkatının başqanı Seymur Həsənli Türkiyənin Hak və Eşitlik Partiyasıın (HEPAR) genel başqanı, əməkli ordu generalı Osman Pamukoğlu ilə görüşüb.
Hərəkatın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, Generalın mənzil-qərargahında baş tutan görüşdə Türkiyə və Orta Doğuda baş verən son hadisələr müzakirə olunub. General bildirib ki, Türkiyədə və Türkiyə ətrafında baş verənlər onu siyasətlə məşğul olmağa vadar edib. O, Azərbaycan ictimaiyyətinin Türkiyədə son baş verənlərlə bağlı mövqeyinin nədən ibarət olduğu və daxili vəziyyətlə maraqlanıb. Seymur Həsənli bildirib ki, Azərbaycanla Türkiyəni qarşı-qarşıya gətirmək istəyən daxili və xarici qüvvələrin bütün niyyətləri boşa çıxıb. O, xüsusilə, vurğulayıb ki, önəmli olan Azərbaycanın və Türk Dünyasının milli marağının hansısa qüvvənin ayağının altına atılmamasıdır ki, bunu da kimsə edə bilməz.  
S.Həsənli həmçinin partiyanın başqan yardımçısı Bülend Kırmacı ilə də görüşərək regional məsələlər, Türkiyə-İran münasibətləri, Azərbaycanın İrana baxışı mövzusunda müzakirə aparıblar.
S.Həsənli rəhbəri olduğu hərəkatın rəsmi orqanı olan “Yeni Nəfəs” dərgisini genel başqana təqdim edib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM