Əfv sərəncamı gələn həftə imzalanacaq

10:22 | 18.12.2015
Əfv sərəncamı gələn həftə imzalanacaq

Əfv sərəncamı gələn həftə imzalanacaq

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar əfv sərəncamını gələn həftə imzalayacağı gözlənilir.

Bu barədə Modern.az saytına Prezident yanında Əfv Məsələləri Komissiyasından məlumat verilib. Bildirilib ki, əfv üçün müraciət etmiş məhkumların işi ilə bağlı müzakirələr demək olar ki yekunlaşıb. Müzakirələrin yekunu olaraq, hazırlanacaq siyahı gələn həftə ölkə başçısına təqdim ediləcək. Ondan sonra müvafiq sərəncam vermək isə Prezidentin ixtiyarıdır. 

İnsan Haqları üzrə Birgə İşçi Qrupu da özünün hazırladığı siyahını (25 nəfər) bir neçə gün öncə Əfv Məsələləri Komissiyasına təqdim edir.

Prezident İlham Əliyev sonuncu dəfə əfv sərəncamını bu ilin mart ayında - Novruz bayramı ərəfəsində imzalamış, 101 məhkum əfv olunmuşdu.

Budəfəki sərəncamın daha çox məhkuma şamil olunacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür