Əgər büdcədən oğurlamasaydılar... - KÖŞƏ

10:35 | 09.04.2015
Əgər  büdcədən oğurlamasaydılar... - KÖŞƏ

Əgər büdcədən oğurlamasaydılar... - KÖŞƏ

Həmid Həmidov

Dörd dövlət strukturunun keçən il ərzində 17,1 millyon manat büdcə pulunu mənimsəməsi haqqında xəbər yayıldı. Amma bu məlumat ictimaiyyətin praktik olaq diqqətin çəkmədi. Daha dəqiq, məlumatı gördülər, amma Hesablama Palatasının rəsmi məlumatı olmasına baxmayaraq, heç bir təpki göstərilmədi.
 
Bəli, söhbət böyük dövlət strukturu və məşhur insanlardan getmir. Xırda-para qurumlar idi - Azərbaycan Elmlər Akademiyasının Genetik Resurslar İnstitutu, OAO "Avrolizinq”, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Bərdə rayon üzrə sosial müdafiə orqanı və Kürdəmir Rayon İcra Hakimiyyəti.  Bizim qardaşın ruhi halını belə rəqəmlərlə pozmaq mümkünsüzdür. Məsələ o dərəcədə qəliz idi ki,  Azərbaycan Neft Akademiyasında olan yeyintiyə  də kimsə  reaksiya vermədi.

Baxırsan, yeni heç nə yoxdur, xırda-para şeydir – atdığı birinci addımında bunu fikirləşən qardaşımız daha sonra diqqətini gündəlik işinə yönəltdi.
 
Əlbəttə ki, böyük büdcə mənimsəmələri qarşısında Bərdədə olan yeyinti çox kiçik xuliqanlıq təsiri bağışlayır. Amma digər tərəfdən razılaşın ki, 17 milyon çox böyük puldur. Bu yüzlərlə ağır xəstə insanların sağlamlığına bərabərdir. Bu yuxuya getmiş rayonlarda yüzlərlə idman obyekti deməkdir. Qaçqınlar üçün yaşayış yeri, kiçik biznes üçün isə əla kredit imkanıdır. Yəni bu pul istifadəsi üçün uyğun və faydalı yer tapmaq çox asandır. İşi Baş Prokurorluğa veriblər. Davamı necə olacaq, çətin ki, bundan xəbərimiz ola. Ya da guya bu bizə çox da maraqlı idi? Pulu istənilən halda qaytarmayacaqlar, kimlərisə həbs edəcəklər və ya etməyəcəklər, bu vacib deyil.
Hesablama Palatası və digər nəzarətçi qurumların son zamanlarda apardıqları bu total yoxlanışların sadə səbəbi var. Bu, böyük neftdir. Neft pulunun ölkəyə çoxlu miqdarda axdığı zamanlarda büdcədən böyük oğurlamalara stabillik adına və görüntülü inkişafa görə göz yumulurdu. Amma artıq həmin dövr bitdi.  

Böyük pulların erası sona yetdi  və bu zaman kəsimində biz heç nə əldə edə bilmədik. Ayrı-ayrı fərdlərin isə milyonluq hesabları, daşınmaz mülkləri  və biznesi bura daxil deyil.
 
Biz, az da olsa, təhsilin və səhiyyənin keyfiyyətini qaldıra bilmədik. Elm demək olar deqradasiyaya uğradı. Cavan insanın elmə cəlb olunması indi tamamilə müşkülə çevrilib.
 
Biz heç bir şəkildə qeyri-neft sahələrini inkişaf etdirə bilmədik. Neft və neft məhsulları, hələ də bizim yeganə vizit kartımız olaraq qalıb. Xırda-para mədəni və idman tədbirlərini də bura qatsaq, yerdə heç nə qalmır.

Azərbaycanda turizmi heç cür inkişaf etdirə bilmədik. Ümid edirəm, Dubay şeyxinin İmişli rayonunda ov etməsini göstərici kimi qəbul etməyəcəksiniz.
 
Biz paytaxtın inkişaf planını qəbul etmədik. Şəhər xaotik şəkildə yeni binalarla əhatələndi, onların çoxu isə öz zövqsüzlüyü ilə seçilir.

Biz şəhərin nəqiliyyat sistemini düzəldə bilmədik. Məsələn, 10 il ərzində ekoloji təmiz tramvay sistemini qurmaq əvəzinə ondan tam imtina etdik. Nəzərə alın ki, tramvayın avtobusdan bir çox üstünlükləri var. Tramvayın istifadə müddəti 15-20 il çəkir. Tramvayın neft məhsullarına ehtiyacı yoxdur. O ekoloji təmizdir. Müasir "qatlanan” tramvayların tutum həcmi 200 nəfərdir. Onların sürəti isə avtobuslardan bir az aşağıdır. Tramvayların öz xətti olur və onların tıxaca düşmək "perspektivi” yoxdur. Təsəvvür edə bildiniz də, eləmi? Şəhərdə nə qədər tıxac olmasına baxmayaraq, vətəndaş biləcəkdi ki, o tramvaydan istifadə edərək getməli olduğu yerə vaxtında çatacaq.

Tramvay xətlərinin bərpasını təşkil etmək əvəzinə biz onları tamam söküb atdıq. İndi hər 2-3 ildən bir ölkəyə keyfiyyətsiz özbək istehsalı olan "Daewoo” avtobusları gətiririk. Ah, üzr istəyirəm, bu gündən sonra onların yerini balaca, dar  və zərif fransız avtobusları tutacaq. Dörd milyonluq şəhər üçün onlar çox gülməli görünürlər.  
 
Biz öz idman uğurlarımıza görə fəxr etməyi sevirik. Əslində bu sahədə hansı uğura  çatmışıq ki? Legionerlər əldə etmişik? Məncə, idman yarışları içərisində şahmat yeganə sahədir ki, yerli insanlar orda iştirak edir. İdmanın digər sahələrində əsasən legionerlər təmsil olunurlar. Onların iştirakı isə çox baha başa gəlir.

Məsələn, son illərdə çoxlu pulların xərcələndiyi futbolda hansı uğurumuz olub?

Kubok səviyyəsində nəyi əldə etmişik? Heç olmasa, MDB kubokunu qazanmışıqmı?

Gülməlidir.
 
Bir neçə dəfə ikinci dərəcəli futbol turnirinin qrup mərhələsində oynamışıq? Yenə də gülüş.

Milli komanda səviyyəsində nəyə nail olmuşuq? Bəlkə, son 10 ildə elə bir futbolçu yetişdirmişik ki, ən azı Avstirya, İsveçrə, bilmirəm, Çexiya çempionatlarında təmsil olunsunlar? Xeyr!

Nəzərə alsaq ki, bu gündən sonra futbola ayrılan pulun miqdarı azalacaq, o zaman nələrin olacağını təsvir etmək mümkündürmü? Bilinmir. Amma əvvəlki kimi futbola pulun ayrılmayacağı dəqiqdir. Neftçinin indiki prezidentinin məşhur yazıçı Çingiz Abdullayevə təhvil verilməsinin səbəbini mən bununla izah edərdim. Məhz bu səbəbdən o, elan etdi ki, AFFA klublarının açıq səhmdar qurumlarına çevrilməsində maraqlıdır.
 
Bu nə deməkdir?

Bu o deməkdir ki, klubun əsas investoru bu gündən sonra dövlət müəssiəsi olan SOCAR və ya "Azərsun” kimi qurumlar deyil, futbola investisiya qoymağa maraqlı olan biznesmenlər olacaq. Daha dəqiq, bu gündən sonra dövlət özü üçün ağır yükə çevrilmiş futbolu çiyinlərindən atacaq. Xüsusən onların uğurları sıfır olduğundan bu daha cəzbedici görünür.   

Nəzərə alsaq ki, ümumilikdə milli idmanımız, milli futbolumuz isə xüsusi olaraq heç bir gəlir gətirmir, o zaman ora investisiya cəlb olunması çox çətin olacaq. Nəticədə isə çempionatın (artıq bura bahalı qonorar alan legionerləri cəlb etmək mümkünsüz olacaq) və milli komandanın səviyyəsi aşağı düşəcək.

İtirilmiş imkanlar haqqında saatlarla danışıb, dərddən yıxılıb ölmək olar. Keçmiş zamanı və imkanları qaytarmaq artıq mümkünsüzdür. Amma ən yaxşısı elə baş verənlə barışıb daha onun geri gəlməyəcəyini bilməkdir. Ən azı bu yaxın bir neçə ildə baş verəcək.
 
Böyük neft erasında heç bir uğurlu nəticəyə çata bilmədik. Heç olmasa, böhran vaxtı nəyəsə nail olmağa çalışaq. Bizim reallığı nəzərə alsaq, bu paradoksal səslənir. Amma ola bilsin, bu addımları atmağa məsul olan şəxslər hansısa düzgün nəticəyə gələrək, sağlam addımlar atacaq və dişə dəyən normal dövlət proqramları qəbul edəcəklər.
 
Bu kimi xəyallara bənzər ümidə bel bağlamaqdan başqa – bu dövlətin sadə insanlar olaraq – bizim əlimizdən heç nə gəlmir. Çünki əks halda bu ölkənin normal dövlət olmaq perspektivi yoxdur.


 

 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM