Hadı Rəcəblinin müəllimlərlə bağlı fikirlərinə deputatlardan reaksiya - AÇIQLAMALAR

15:57 | 12.03.2015
Hadı Rəcəblinin müəllimlərlə bağlı fikirlərinə deputatlardan reaksiya - AÇIQLAMALAR

Hadı Rəcəblinin müəllimlərlə bağlı fikirlərinə deputatlardan reaksiya - AÇIQLAMALAR


Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin müəllimlərin ikinici iş kimi dərsdən sonra fəhləlik etməsini təklif etməsi sosial şəbəkələrdə, cəmiyyətdə müsbət qarşılanmadı.
 
Millət vəkili Hadı Rəcəblinin müəllimlər haqqında dediyi həmin fikirləri beləydi: "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
 
ANN.Az saytı bu məsələ ilə əlaqədar Millət vəkillərinin, mütəxəssis müəllimlərin fikirini öyrəndi.
 
Milli Məclisin Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəblinin müavini Musa Quliyevdən bu məsələ ilə əlaqədar açıqlama almaq istəsək də, Musa Quliyev bildirdi ki, bu məsələ barədə heç nə deyə bilməz.
 
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Hadı Rəcəblinin müəllimlər haqqında dediyi sözlərə münasibət bildirərkən belə danışdı: "Hadı Rəcəblinin hansı kontekstdə, hansı məntiqlə bu fikirləri dediyi mənə bəlli deyil. Keçmişdəki hansısa müəllimin adını çəkməklə nə demək istəməsi, cəmiyyəti nəyə  inandırmağı məsələsini təyin etmək həqiqətən də çətindir. Bu məsələ, yəni, müəllimlərin əmək haqları məsələsi qanunla müəyyən ediləcək. Amma bu məsələ bir neçə gündən sonra müzakirə olunmayacaq. Müəllimləri əmək haqqlarının artırılması isə hər zaman aktualdır. Və biz çalışmalıyıq ki, bu qanun layihəsi qəbul olunsun. Müəllimlərin ikinci iş yeri məsələsinə hamı münasibət bildirə bilər. Amma  millət vəkili olaraq bildirim ki, müəllimlərin dövlət qulluqçusu olması istiqamətində işlərin aparılmasının tərəfdarıyam".  
 
Əməkdar jurnalist, mütəxəssis, Bakı Dövlət Universitetinin müəllimi Qulu Məhərrəmli ANN.Az-a açıqlmasında Hadı Rəcəblinin müəllimlər haqqında bildirdiyi fikirlərə münasibət bildirərkən qeyd etdi: "Hadı Rəcəbliyə müəllimlərə göstərdiyi "yüksək dəyərə görə” təşəkkür edirik. Əgər mümkünsə komitə sədri müəllimlərin müəllimlik fəaliyyətindən sonra işləyə biləcəyi iş yerlərinin siyahısını da açıqlasın. Biz müəllimlər də bilərik ki, boş vaxtımızda harda fəhləlik edə bilərik. Əgər fəhlə işi bu qədər çoxdursa, onda nə üçün ölkəmizdə insanlar qul bazarınlarında dayanıb iş axtarırlar”.
 
Komitə sədrinin müəllimlərlə bağlı fikirləri ilə əlaqədar Təhsil Nazirliyindən açıqlama almaq istəsəkdə bildirildi ki, bu məsələ ilə əlaqədar heç bir şərh vermək istəmirlər. 
 
Orxan Aslanlı

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM