Ehtiyatda olan zabitlər səfərbər olunacaqlar

12:38 | 12.03.2014
Ehtiyatda olan zabitlər səfərbər olunacaqlar

Ehtiyatda olan zabitlər səfərbər olunacaqlar

Azərbaycanda ehtiyatda olan kiçik zabitlərin siyahısı dəqiqləşdirilir. APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rayon şöbələri tərəfindən ehtiyatda olan kiçik zabitlər çağırılaraq onların qeydiyyatda olduqları rayonlarda yaşayıb yaşamadığı müəyyənləşdirilir, həmçinin uçot sənədlərində dəqiqləşdirmələr aparılır. APA-nın öz hərbi mənbələrindən əldə etdiyi eksklüziv məlumata görə, dəqiqləşmələr yekunlaşdıqdan sonra SHÇDX, Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə ehtiyatda olan zabitlərin toplanışını keçirəcək. Ümumrespublika səviyyəli toplanışda ehtiyatda olan zabitlər şərti «həyəcan» siqnalı ilə qeydiyyatda olduqları SHÇDX şöbələrinə çağırılacaqlar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM