• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının avropalaşan ictimai nəqliyyat sistemi

Bakının avropalaşan ictimai nəqliyyat sistemi
01.09.2015 13:46
Son illər Bakıda ən çox müzakirə olunan mövzulardan biri paytaxtın ictimai nəqliyyat sistemi olub. 

Yaşanan bəzi problemlər fonunda bu sistemin işi əhalidə böyük narazılıq doğururdu.

Bu sahədə fəaliyyət göstərən bəzi işbazlar əhalinin rahatlığı deyil, ilk növbədə öz mənafelərini güdərək, sərnişindaşınma sistemində bir xaos yaratmışdılar.

Bakının Avropa paytaxtları ilə eyni səviyyədə inkişaf etməyi qarşısına məqsəd qoyması əlbəttə ki, ictimai nəqliyyat sahəsində də müvafiq islahatların aparılmasını, paytaxtın ictimai nəqliyyatının Avropa ölkələri ilə eyni səviyyəyə çatdırılması üçün işlər görülməsini zəruri edirdi.

Və bu yöndə atılan ilk addımlardan biri Azərbaycanın Nəqliyyat Nazirliyində həyata keçirilən kadr islahatları oldu.

Qısa bir vaxtda nazirliyin müvafiq bölmələri paytaxtda ictimai nəqliyyatda qayda-qanunlara riayət etməyən sürücülər, sərnişindaşımanı həyata keçirən hüquqi şəxslərə qarşı effektiv reydlərə başlayıblar.

Avqustun ikinci yarısından etibarən keçirilməyə başlayan və müntəzəm olaraq davam edən bu reydlər nəticəsində yüzlərlə sürücü cəzalandırılıb, işinin öhdəsindən gəlməyən şəxslər isə vəzifəsindən azad edilib.

Belə ki, avqustun 24-də keçirilən reydlər zamanı 1 avtobus sürücüsü avtobusu sənədsiz idarə etdiyi üçün, 8 avtobus sürücüsü avtobusu qapını açıq idarə etdiyi üçün, digər 86 avtobus sürücüsü isə dayanacaqdan kənarda avtobusu saxlayaraq sərnişin götürdüyü üçün cərimələnib.

Baş verənlərin fonunda artıq Bakı sakinləri avtobus sürücülərinin kütləvi şəkildə zəruri formanı geyindiklərini, avtobusda siqaret çəkilməsi və telefon danışıqlarına son qoyulmasını müşahidə edirlər.

Digər tərəfdən, nazirliyin müvafiq strukturları paytaxtın ictimai nəqliyyat sistemində qayda-qanunun yaradılması işinə vətəndaşları da cəlb etməkdə maraqlıdır.

Belə ki, vətəndaşlara ünvanlanan müraciətlərdə onlardan avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmayaraq, belə hallarla rastlaşdıqda, dərhal yaradılmış qaynar xətt nömrələrinə müraciət etmək xahiş olunur.

Əlbəttə aparılan zəruri islahatlar paytaxtın ictimai nəqliyyat sisteminin sürətli inkişafı üçün nəzərdə tutulub və artıq qeyd etdiyimiz kimi, sürətlə öz bəhrəsini verməkdədir.  Nəqliyyat Nazirliyinin Bakıda sərnişindaşıma ilə məşğul olan müvafiq bölmələrinin rəhbər şəxslərinin bəyanatları isə bunu deməyə əsas verir ki, tədbirlər sonadək aparılacaq – məqsəd Bakının ictimai nəqliyyat sistemini Avropa paytaxtları ilə eyni səviyyəyə çatdırmaqdır və qısa bir zamanda buna nail olunacaq.

Lakin digər tərəfdən onu da qeyd etmək lazımdır ki, ictimai nəqliyyat sistemi çox mürəkkəbdir – o, təkcə sürücülər və sərnişindaşımanı həyata keçirən şirkətlər, bu işə nəzarət edən dövlət qurumlarından yox, həm də vətəndaşlardan – sərnişinlərdən ibarətdir. 

Öz növbəsində sərnişinlərin də qaydalara riayət etmələri, həmçinin sürücülərdən də qaydaları pozmamağı tələb etmələri vacibdir – çox təəssüf ki, Bakıda avtobusu dayanacaqdan kənarda saxlamaq istəməyən sürücünün vətəndaşın – sərnişinin təzyiqi ilə üzləşdiyi hallar da olub.

Hazırda paytaxtın ictimai nəqliyyat sisteminə nəzarəti keçirən dövlət qurumları, xüsusilə də Nəqliyyat Nazirliyinin əsas məqsədi qısa bir vaxtda Bakının sərnişindaşıma sistemini ən yüksək səviyyəyə çatdırmaqdır.

Görülən işlər isə onu deməyə əsas verir ki, artıq bu ilin sonunadək Bakının ictimai nəqliyyat sistemi London yaxud Parisin eyni sistemindən heç nə ilə fərqlənməyəcək – müasir avtobuslar, qayda-qanunlara tam şəkildə riayət edən sürücülər və ictimai nəqliyyatda vətəndaş məsuliyyətini unutmayan sərnişinlərin köməyi ilə.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol