• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Müştəri Xidmətləri indi sizin olduğunuz yerdə

Azercell-in Müştəri Xidmətləri indi sizin olduğunuz yerdə
16.09.2015 09:44
Hər zaman müştərilərinin rahatlığını düşünən , müştəri məmnuniyyətinə böyük önəm verən 4,5 milyonluq abunəçi ailəsi ilə Azərbaycanın lider mobil operatoru Azercell Telekom daha bir yeniliklə çıxış edir.
 
Azercell bu dəfə abunəçiləri üçün Mobil Müştəri Xidmətləri layihəsi çərçivəsində daha bir yeniliyi təqdim edir. Artıq 14 sentyabr tarixindən etibarən Azercell Ekspres və Müştəri Xidməti Mərkəzlərinə müxtəlif səbəblərdən gələ bilməyən abunəçilərin yanına Azercell özu gələcək. Özü də, bu proses çox sadə və abunəçilər üçün rahat bir şəkildə həyata keçiriləcək. Belə ki, Mobil Müştəri Xidmətlərinin sifariş edilməsi üçün abunəçi Baki və Gəncə Telefon Mərkəzinə zəng və ya abunəçinin adından Baki Ön ofisinə nümayəndəsi şifahi müraciət edərək sifariş edə bilər. 15 AZN təşkil edən bu xidmət çərçivəsində abunəçinin müraciətinə uyğun olaraq 5-ə qədər müxtəlif əməliyyat icra edilə bilər. Xidmətin Bakı şəhəri (ətraf kəndlər daxil) ərazisində abunəçinin faktiki olduğu yerdə, şirkətdaxili ümumi qaydalara uyğun olaraq göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki,bu ilin aprel ayında yaradılan Mobil Müştəri Xidmətləri Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların  istək və gözləntilərni rahat və operativ şəkildə həyata keçirib. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində Azercell tərəfindən təqdim olunan bütün xidmətlər göstərilib. Qeyd edək ki, müştərilərə xidmət sahəsində bu konsepsiyaya ölkədə ilk dəfə məhz Azercell tərəfindən tətbiq olunur. Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb. Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 58 Ön Masa və Azercell Ekspres ofisləri və 425 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir. Bu məntəqələr yüksək keyfiyyətli servis göstərmək üçün bütün ölkə boyu  müştərilərin xidmətindədir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol