• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobuslarda gediş haqqı artırılır? - AÇIQLAMA

Avtobuslarda gediş haqqı artırılır? - AÇIQLAMA
15.12.2015 09:10
Həmin sürücülərə qarşı sərt tədbirlər görüləcək.

Bayram günlərində Bakıdan rayonlara gedəcək avtobuslarda gediş haqqı biletlərinin qiymətini süni şəkildə artıracaq sürücülərə qarşı sərt tədbirlər görüləcək.

ANS PRESS-in məlumatına görə, bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, hər il bayram ərəfəsində olduğu kimi, Yeni ildə də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki avtobuslara ciddi nəzarət olunacaq:

"Bəzi sürücülərin sərnişin sıxlığından istifadə edərək avtobuslara biletləri süni şəkildə artırmasının bir neçə dəfə şahidi olmuşuq. Ona görə də bu cür addımların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görüləcək. Qiymətləri artıran sürücülər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə bir daha buraxılmayacaq”.


Şəfa Mehmanqızı - NİİM-in mətbuat katibi

Ş.Mehmanqızı bəzi sürücülərin bu kələyinə düşməmək üçün sərnişinləri də diqqətli olmağa çağırıb: "Sərnişinlər çalışsınlar ki, biletləri bayramdan əvvəl alsınlar. Hətta biletləri onlayn şəkildə almaları məsləhətdir. Onlayn bilet alışı sərnişinlərin hər hansı fırıldaqdan sığortalanması deməkdir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol