• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhan limanından satılan neftin həcmi cüzi azalıb

Ceyhan limanından satılan neftin həcmi cüzi azalıb
07.01.2016 22:29
2015-ci ilin dekabr ayı ərzində 2 milyon 739 min 625 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 2% çoxdur. (Bu həcmin 1 milyon 848 min 765 tonunu Dövlət Neft Fondunun nefti təşkil edib).  

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib. 

"Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 29 milyon 079 min 649 ton təşkil edib. Bu isə 2014-cü illə müqayisədə 0,16% azdır. 

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il yanvar ayının 1-ə qədər Ceyhan limanından 291 milyon 018 min 739 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb”, - deyə şirkətdən qeyd edilib.   

Bundan başqa, şirkətdən bildirilib ki, ötən ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 461 min 645 ton Azərbaycan nefti nəql olunub. Bu isə 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 0,05% azdır. 

"Ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 28 milyon 835 min 543 ton neft ötürülüb. Bu isə 2014-cü illə müqayisədə 1,1% çoxdur. 

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il yanvar ayının 1-ə qədər BTC-yə 292 milyon 675 min 389 ton neft vurulub. 

Bundan başqa, 2015-ci ilin dekabr ayında BTC kəməri ilə 316 min 340 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Bu isə bir əvvəlki illə müqayisədə 51% azdır. 

Ümumiyyətlə, 2015-ci il ərzində BTC kəməri ilə nəql olunmuş Qazaxıstan və Türkmənistan neftinin həcmi 23 milyon 683 min 545 ton təşkil edib”, - deyə SOCAR-dan qeyd edilib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol