• $
  • €
  • ₽
  • ₺
  • £

"Ölkəyə gətirilən elmi avadanlıqlar vergidən azad edilməlidir”

"Ölkəyə gətirilən elmi avadanlıqlar vergidən azad edilməlidir”
27.01.2016 20:07
Elm haqqında yeni qanun layihəsi ikinci oxunuşda parlamentin müzakirəsinə tövsiyə olunub

"Bütün elmi təşkilatlara mütləq şəkildə əlavə investisiyalar cəlb olunmalıdır. Bunun hansı şərtlərlə həyata keçirilməsi ilə bağlı "Elm haqqında” qanun layihəsinə yeni müddəalar əlavə olunub”. "Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyası üçün ilk iclasında komitə sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, qanun günün tələblərinə cavab verməlidir: "Yoxsa qəbul olunan qanun sənəd olmaqdan başqa bir işə yaramaz. Bundan başqa, ali təhsil müəssisələrinin mövcud reallıqlara uyğun tədqiqat universitetləri yaratmaq ideyası yaxşı fikirdir. Bunun üçün lazım olan vəsait dövlət büdcəsinin vəziyyətindən asılı olmalıdır. Yəni, Prezident İlham Əliyev nə vaxt dövlət büdəsinin artırılması barədə sərəncam imzalasa, o zaman bu məsələni gündəmə gətirmək, həyata keçirmək mümkün olar. Amma hazırda bu məsələ real görünmür. Hesab edirəm ki, gələcəkdə bunu həyata keçirmək mümkün olacaq. Eyni zamanda, qrantlar hesabına ölkəyə gətirilən zəruri avadanlıqlar üçün tutulan vergilərə ya güzəşt tətbiq olunmalı, ya da bütövlükdə vergidən azad edilməlidir”. 

Komitənin sədr müavini, deputat Bəxtiyar Əliyev vurğulayıb ki, XXI əsr bilik və informasiya əsridir: "Əgər biz bilikli gənclər hazırlamasaq, o zaman ölkənin gələcəkdə neftdən asılılığı hər zaman qalacaq, həmçinin Azərbaycanın yüksək texnologiyalar cəmiyyətinə çevrilməsi böyük sual altına düşəcək. Ona görə də dövlət büdcəsinin əsas hissəsinin elmə və təhsilə yönəlməsi vacibdir”.

Çıxış edən digər deputatlar qanun layihəsinə bir sıra əlavə və düzəlişlər təklif ediblər. 

Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə tövsiyə olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol