• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Deputatdan varlı azərbaycanlılara MÜRACİƏT

Deputatdan varlı azərbaycanlılara MÜRACİƏT
05.02.2016 11:19
Əgər Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana! Azərbaycanda maliyyə amnistiyasına böyük ehtiyac var.  

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Yeni Müsavat”a Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sahibkarlara ünvanladığı son müraciətini dəyərləndirərkən bildirdi.   

V.Əhmədov bildirdi ki, Nursultan Nazarbayev vaxtilə Qazaxıstandakı özəlləşdirmə prosesində qanuni, qeyri-qanuni iştirak etmiş, əldə etdikləri vəsaitləri xaricdə yatıranlara müraciətini təqdir edir:

"Nazarbayev dedi ki, ”mən sizin heç birinizə toxunmayacağam, o pulları qazanmısınız, xoş halalınız, amma indi həmin vəsaitləri gətirib Qazaxıstana investisiya şəklində qoyub ölkənin iqtisadi inkişafına köməklik etmək lazımdır.

Azərbaycanda da özəlləşdirmə prosesindən istifadə edən, xaricdə vəsait saxlayan insanlar çoxdur. Azərbaycan vətəndaşı, bir deputat kimi mən də müraciət edirəm ki, pullarınızı xaricdə saxlamayın! Əgər siz Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana.

Məncə, dövlət başçımız da heç kimə toxunmaz, amnistiya verər, bu məsələlər öz həllini tapar və siz də ölkəmizin iqtisadi inkişafına böyük fayda verərsiniz. Qazandığınız halalınız olsun".

V.Əhmədov xatırlatdı ki, Azərbaycanın dövlət başçısı da son iclaslarda ölkəmizə investisiya qoyuluşu ilə bağlı müraciətlər edib: 

"Bu gün Azərbaycanın investisiyalara ehtiyacı var. 4-5 il əvvəl bu ehtiyac böyük deyildi. Ona görə də bu prosesdə bizim xaricdə vəsaitləri olan insanlarımız iştirak etsə, çox yaxşı olar”.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Neftin qiyməti 34 dollara düşdü
İqtisadiyyat 11:57
Neftin qiyməti 34 dollara düşdü
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
İlham Əliyevdən YENİ TƏYİNAT
İqtisadiyyat 10:42
İlham Əliyevdən YENİ TƏYİNAT
İstifadəsiz torpaqlar müsadirə olunacaq
09:01
İstifadəsiz torpaqlar müsadirə olunacaq
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
İqtisadiyyat 08:39
Azərbaycanda dolların məzənnəsini banklar müəyyənləşdirəcək – TƏCİLİ
Bakı yollarında yenilik
08:34
Bakı yollarında yenilik
Dollar cüzi bahalaşdı - Məzənnə
05:10
Dollar cüzi bahalaşdı - Məzənnə
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
04:59
Azərbaycanda dollar bahalaşdı, avro ucuzlaşdı
Xarici valyuta məzənnələri – RƏSMİ
04:59
Xarici valyuta məzənnələri – RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol