• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya iqtisadiyyatı Çindən asılı vəziyyətə düşdü

Dünya iqtisadiyyatı Çindən asılı vəziyyətə düşdü
11.02.2016 22:29
Çin iqtisadiyyatındakı yavaşlama ölkənin bank sektorunu getdikcə çətin vəziyyətə salır.
 
"Report" ABŞ-ın "Hayman Capital Management" investisiya şirkətinin araşdırmalarına istinadən xəbər verir ki, hazırda investorlar Çində baş verən iqtisadi yavaşlamanı xammal qiymətlərinin düşməsinə və ölkədən kapital axını ilə əsaslandırırlar. Amma yaxın aylarda investorlar Çində yaranan böhranlı situasiyanın episentrində bank sisteminin və onun itkilərinin olduğunu görəcəklər. Analitiklər, iqtisadçılar və investorlar itkilərin həcmini hesablayıb Çinin valyuta ehtiyatları ilə müqayisə etdikləri zaman bank sektoru əsas problem olaraq ortaya çıxacaq.

"Hayman Capital Management" bildirir ki, Çin iqtisadiyyatında yavaşlama davam etdikcə problemli kreditlərin həcmi artacaq, bu da öz növbəsində işsizliyin artmasına, kreditləşmənin azalmasına və əmanətçilər tərəfindən panika halında vəsaitlərin banklardan çıxarılmasına səbəb olacaq. Şirkət Çin hökumətinin bu vəziyyətdən çıxması üçün əlində bir neçə preventiv tədbiri olduğunu açıqlayıb.

1) Uçot dərəcələrini aşağı salaraq banklara problemli kreditlərini balanslarında saxlamaq imkanı vermək - bu durumda kapital aşağı faiz səbəbindən xaricə qacmağa başlayacaq, valyuta ehtiyatları azalacaq və yuan zəifləyəcək.

2) Valyuta ehtiyatlarını bankların rekapitalizasiyası üçün istifadə etmək - bu durumda banklar fəaliyyətlərinə "yeni səhifə"dən başlaya bilsələr də, valyuta ehtiyatları tükənəcək. Yuan yenidən təzyiqlərlə üzləşəcək.

3) Bankların rekapitalizasiyası üçün pul çap etmək - bu durumda banklar "yeni səhifə"dən fəaliyyətlərinə başlaya bilsələr də, Çin Xalq Bankının (Çin Mərkəzi Bankı) balansının genişlənməsi valyuta məzənnəsinə neqativ təsir edəcək.

4) İqtisadiyyata fiskal dəstək verilməsi - bu durumda bir çox sektorda canlanma yaransa da, bank faizləri artmağa başlayacaq. Çin investisiyalarının artması xarici ticarət balansının profisitini azaldacaq və yuana təzyiqlər artacaq.

Yuxarıda sadalanan tədbirlərin böyük ehtimalla hər birindən və ya bir neçəsindən eyni anda istifadə ediləcək. Amma tədbirlərin demək olar ki, hamısı yuanın devalvasiyasına gətirib çıxarır. Yuanın devalvasiyası Çin iqtisadiyyatının canlanmasına kömək edəcək. "Hayman Capital Management" hesab edir ki, Çin hökuməti iqtisadiyyatında qeyri-tarazlığı aradan qaldırmaq üçün Yaponiya, Rusiya, Braziliya, Meksika və Avrozona kimi devalvasiyaya getməlidir.

"Report" analitik qrupu hesab edir ki, Çinin devalvasiya addımı onunla sıx ticarət əməkdaşlığı içərisində olan ölkələrin (daha əvvəl milli valyutalarını devalvasiya etmələrinə baxmayaraq) kapital axınının qarşısını almaq və iqtisadiyyatlarını rəqabət qabiliyyətli etmək məqsədilə milli valyutalarını zəiflətmələrinə gətirib çıxaracaq. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol