• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Azərbaycan-İran forumu keçirilir

Bakıda Azərbaycan-İran forumu keçirilir
25.02.2016 16:12
Bu gün Bakıda Azərbaycan-İran işgüzar forumu işə başlayıb. "Report" xəbər verir ki, tədbirdə azərbaycanlı iş adamları və İranın Şərqi Azərbaycan vilayətinin nümayəndə heyəti iştirak edir. 
Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev iki ölkə arasında mövcud olan əlaqələrin inkişafından danışıb. S.Babayev Azərbaycandakı biznes mühiti, aparılan islahatlar, inkişaf potensialı barədə iranlı nümayəndə heyətinə məlumat verib. 

"İran Azərbaycana bu günə qədər 1, 2 mlrd. dollar həcmində investisiya yatırıb. Bu vəsaitin əsas həcmi neft sektorunun payına düşür. Bu gün Azərbaycanda 430 İran şirkəti fəaliyyət göstərir. Müqayisədə etdikdə bu rəqəm digər ölkələrdən iki dəfə çoxdur. Həmçinin, dövlət başçısı İlham Əliyevin İrana səfəri zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi ilə bağlı bir sıra razılıq əldə edilib. Bu, iqtisadi əlaqələrin potensialının bir hissəsidir", - deyə nazir müavini qeyd edib. 
Iranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin isə bildirib ki, iki ölkənin əlaqələrinin genişlənməsi üçün özəl sektorun əlaqələrinin yaxşı olması vacibdir: "Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı təxminən 11 sənəd imzalanıb. O cümlədən, gömrük sahəsində sənəd imzalanıb ki, bu da iki ölkənin iqtisadi sahədə əlaqələrinin inkişafına kömək edəcək. Həmçinin, İran vətəndaşlarının Azərbaycana girişi üçün sadələşdirilmiş viza ala bilməsinə dair məsələ də müzakirə olunub. Ümid edirik ki, bu ilin birinci yarısının sonunda məsələ ilə bağlı sevindirici xəbər ala biləcəyik".

İranla Azərbaycanın bank sektorunda da əlaqələrinin yaxınlaşacağını əlavə edən səfir qeyd edib ki, iki ölkə gömrük, yükdaşıma rüsumlarının azaldılması ilə bağlı məhsuldar müzakirələr aparıb və yaxın zamanlarda bunun nəticəsini görmək mümkün olacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İqtisadiyyat 11:42
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
İqtisadiyyat 11:35
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
İqtisadiyyat 11:30
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
İqtisadiyyat 11:22
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 11:19
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
İqtisadiyyat 10:32
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
İqtisadiyyat 10:28
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol