• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “Enerji əməkdaşlığı məsələsi hər hansı siyasi formatdan azad olmalıdır”

Prezident: “Enerji əməkdaşlığı məsələsi hər hansı siyasi formatdan azad olmalıdır”
29.02.2016 14:30
"Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək ”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında deyib.
 
Dövlət başçısı bildirib ki, enerji siyasəti bu gün dünyanın təhlükəsizliyində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur: "Azərbaycan bütün öhdəliklərinə sadiqdir. Ölkəmiz hər zaman bazar iqtisadiyyatı prinsiplərini inkişaf etdirir. Bir məqamı da vurğulamaq istəyirəm. Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır”.
 
Prezident İlham Əliyev deyib ki, Azərbaycan layihə üzvləri arasında güclü əməkdaşlıq qurub və bu əməkdaşlıq iqtisadiyyatın digər sahələrində də uğurlu əməkdaşlığa imkan yaradacaq: "Enerji əməkdaşlığı Avropa İttifaqı ilə əlaqələrində mühüm rol oynayır. Cənub Qaz Dəhlizinin icrası zamanı yubanmalara yol verilməməsi vacibdir. Maneələri dəf etmək üçün bütün hökumətlər səylərini birləşdirməlidir”.
 
Dövlət başçısı qeyd edib ki, TANAP layihəsinin icrası fəal mərhələdədir. O, TAP layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib: "Cənub Qaz Dəhlizi 21-ci əsrin tarixi layihəsidir. Layihənin reallaşmasına töhfə verən ölkələrin hökumətlərinə minnətdarlıq edirəm”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol