• $
  • €
  • ₽
  • ₺
  • £

Onlar 36 saat yatmayacaqlar

Onlar 36 saat yatmayacaqlar
04.03.2016 17:56
Azercell Telekom MMC-nin dəstəyi ilə ölkəmizdə daha bir maraqlı yarışmaya start verilir. 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "Barama HackDay 2016” layihəsi baş tutacaq. Məlumat üçün bildirək ki, bütün dünyada məşhur olan Hackathon müəyyən bir mövzu ilə bağlı developerlərin bir araya gəlib məhdud zaman ərzində komandalar şəklində rəqəmsal resurslar hazırladığı bir yarışdır. Developerlər üçün "party” (bayram) sayılan bu tədbirin əsas məqsədi, yeni "hacker”, yaxud developelərin tanış olmalarına, bu mədəniyyətin dərindən öyrənilməsinə və insanlara faydalı olacaq məhsulların istehsalına şərait yaratmaqdır. 10-11 Mart tarixlərində "Python ilə veb proqramlaşdırmanın əsasları” adlı təlimlə elan olunacaq tədbirə, 12 Mart 09:00-da start veriləcək. 36 saat davam edən yarışma 13 mart 21:00 dayandırılacaq. 14 mart 10:00-da baş tutacaq mükafatlandırma mərasimi ilə HackDay2016 yarışı yekunlaşacaq. Proqramçılar bu müddət ərzində yarışın "Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyəcəklər. Arzu edənlər www.hackday2016.barama.az saytından qeydiyyat formunu doldurmaqla və verilən kiçik tapşırığı yerinə yetirməklə Barama HackDay’a qoşula bilər. Azercell-in baş sponsorluğu, PAŞA Bank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə layiq görülən komanda üzvləri Huawei şirkəti və Azercell tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılacaq. Yarış müddətində proqramçıların yemək təminatını isə "PizzaMizza” şirkəti öz öhdəsinə götürüb. Tədbirin rəsmi informasiya dəstəyi technote.az informasiya portalıdır.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb,Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol