• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan iqtisadiyyatının "Strateji yol xəritəsi" hazırlanır

Azərbaycan iqtisadiyyatının "Strateji yol xəritəsi" hazırlanır
11.03.2016 13:03
Orta və uzunmüddətli dövr üçün Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində dövlət başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş hədəflərə uyğun olaraq artıq bütövlükdə milli iqtisadiyyatın və onun əsas prioritet sektorları üzrə "Strateji yol xəritəsi"nin hazırlanması işlərinə start verilib.
 
"APA-Economics"in məlumatına görə, bunu Bakıda "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi mövzusunda keçirilən konfransda Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.
 
N. Əmirovun sözlərinə görə, burada iqtisadiyyatın aparıcı sektorları, habelə zəruri iqtisadi infrastrukturun yaradılmasına xidmət edəcək dəstəkləyici sektorların inkişaf strategiyasının düzgün müəyyən edilməsi, iqtisadi artımın dayanıqlığının təmin edilməsi əsas məqsədlərdəndir: "Dövlət başçısının rəhbərliyi ilə müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanacaq "Strateji yol xəritəsi”nin icrası nəticəsində biz sahibkarlarla birlikdə iqtisadi islahatlar və inkişafın mahiyyət etibarı ilə yeni bir modelini - Azərbaycan modelini daha da inkişaf etdirmiş olacağıq. Azərbaycanı investorlar üçün ən cəlbedici ölkələrdən birinə çevirmək niyyətindəyik".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol