• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: “İki il sonra TANAP-ın açılışını qeyd edəcəyik”

Prezident: “İki il sonra TANAP-ın açılışını qeyd edəcəyik”
15.03.2016 16:29
 "Türkiyə dünyaya nümayiş etdirdi ki, qaçqın böhranından necə çıxmaq olar”

"Biz TANAP və TAP layihəsini vaxtlı-vaxtında icra etməyə çalışacağıq. İnanıram ki, 2 il sonra TANAP-ın açılışını qeyd edəcəyik”.

APA-nın məlumatına görə, bunu Ankarada Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, nəqliyyat sahəsində yeni imkanlar mövcuddur: "Biz çox istərdik ki, Türkiyədən gələn və Azərbaycan üzərindən keçən yüklər artsın. Buna nail olmaq üçün praktik addımlar atılmaqdadır”.

Prezident qeyd edib ki, mədəniyyətlərarası dialoqun genişlənməsində Türkiyənin böyük rolu var: "Gələn ay Bakıda Sivilizasiyalararası Dialoq üzrə tədbir keçiriləcək, bu təşəbbüsün müəllifi də Rəcəb Tayyib Ərdoğandır. Biz birgə islamofobiyaya qarşı mübarizə aparırıq. Bu gün islamofobiya müxtəlif ölkələrdə güclənib. Bəzi media qurumları məqsədyönlü şəkildə kampaniya aparır, islamı terrorla eyniləşdirmək cəhdləri gözümüz önündədir. Bu, dözülməzdir. Bu, sivilizasiyalararası problemə gətirib çıxara bilər. Bu gün qaçqınlar problemini görürük və əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə böyük sayda qaçqınları ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Azərbaycan bunun nə qədər ağır məsələ olduğunu bilir, 1990-cı illərdə Ermənistanın işğalı nəticəsində ağır humanitar çətinliklə üz-üzə qalmışdıq”.

İ. Əliyevin sözlərinə görə, qaçqınlar Avropada təhqirlərlə üzləşirlər: "Bəs ümumbəşəri dəyərlər, insan haqları, demokratiya harada qaldı? Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, səslərini ucaldır. Bir daha Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə təşəkkür etmək istəyirəm ki, qaçqınlarla bağlı ağır yükü üzərinə götürüb. Türkiyə dünyaya nümayiş etdirib ki, qaçqın böhranından necə çıxmaq olar”.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə və Azərbaycan qədər dünyada bir-birinə bağlı olan dövlətlər yoxdur: "Mənə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür edir, qardaş türk xalqına sülh, əmin-amanlıq arzulayıram”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol