• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə
22.03.2016 15:25
4,5 milyonluq abunəçi ailəsini sürətli və keyfiyyətli mobil internetlə təmin edən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom Novruz ərəfəsində SimSim abunəçilərini daha bir hədiyyə ilə sevindirdi. Belə ki, 18 mart 2016 tarixindən etibarən, Azercell öz təklifləri sırasına yeni 3G MiFi modem + 10GB pulsuz internet kampaniyasını əlavə edir. Sözügedən kampaniya çərçivəsində ilk dəfə Azercell-ə qoşulma zamanı abunəçiyə 1 ay ərzində 10 GB həcmli İnternet Paketi pulsuz olaraq hədiyyə edilir.
 
Kampaniyanın adından da göründüyü kimi, hədiyyəli internetlə yanaşı paketin tərkibinə cihaz- 3G Mobile WiFi modem və SIM kart da daxildir. Abunəçinin kampaniyaya qoşulması və 10 GB həcmli İnternetdən yararlanma imkanı, nömrə aktiv edilən andan avtomatik olaraq dərhal təmin edilir. Nəzərinizə çatdıraq ki, 3G modemleri 21.6 Mb/s-ə qədər internet sürəti təmin edir.
 
Beləliklə, SimSim  abunəçiləri bundan sonra genişzolaqlı xidmətlər üçün Azercell-in təklif etdiyi aşağıdakı 3 sərfəli seçimdən faydalana biləcəklər :
 
1.      4G MiFi pulsuz Simsim DATA nömrə +  bir aylıq bonus LİMİTSİZ internet paketi cəmi 80 AZN.
 2.      3G MiFi + pulsuz Simsim DATA nömrə + bir aylıq bonus 10GB bonus cəmi 50 AZN.
 3.      3G USB Modem + pulsuz Simsim DATA nömrə + bir aylıq bonus 10GB bonus cəmi 20 AZN.

Yüksək sürətli Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azercell ötən il ərzində internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% artdı. Hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir.  Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə 2012-ci ildə təqdim edib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
İqtisadiyyat 16:54
AMB-nin "Nağd pul ofisi" fəaliyyətini müvəqqəti dayandıracaq
ABB binasında Libraff!
İqtisadiyyat 16:31
ABB binasında Libraff!
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
İqtisadiyyat 14:21
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
İqtisadiyyat 11:20
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 10:34
SOCAR və MSC strateji əməkdaşlıq sazişi imzalayıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:15
Qızılın qiyməti bahalaşıb
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
İqtisadiyyat 10:07
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini 19,6% səviyyəsində saxlayıb – Maliyyə Nazirliyi
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
İqtisadiyyat 10:07
MİQ imtahanında minimal bal toplamayan məzunlar üzrə universitetlər məsuliyyət daşımalıdır - Nazir
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
İqtisadiyyat 10:06
Azərbaycan 2026-cı ildə 3,13 mlrd manat büdcə kəsiri proqnozlaşdırı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol