• $
  • €
  • ₽
  • ₺
  • £

​SOCAR: Standartlaşma Komitəsi YDM-lərdə heç bir problem aşkar etməyib

​SOCAR: Standartlaşma Komitəsi YDM-lərdə heç bir problem aşkar etməyib
28.03.2016 17:05
 "SOCAR Petroleum”a məxsus yanacaqdoldurma məntəqələrində (YDM) avtomobillərin yanacaq çəninə yanacağın az vurulması ilə əlaqədar şikayətlər əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən yoxlamalar aparılıb. 

Bunu "Report”a "SOCAR Petroleum” QSC-nin mətbuat xidmətindən bildirilib: "Lakin yoxlama zamanı heç bir pozuntu aşkar edilməyib".

Qurumun açıqlamasına görə, bir müddət öncə YDM-lərlə bağlı şirkətə iki müraciət daxil olub və heç biri təsdiqini tapmayıb.

"SOCAR Petroleum"a məxsus yanacaqdoldurma məntəqələrində avtomobilin yanacaq çəninə normadan az yanacaq vurulması ilə bağlı iki şikayət daxil olmuşdur. Biz şikayətçilərin iştirakı ilə məsələni araşdırdıq. Amma iddia öz təsdiqini tapmadı. Hətta Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlarını da dəvət etdik və onlar yenidən yoxlamalar apardılar. Lakin standartlardan kənar heç nə aşkar edilməyib. Şikayətçilərdən biri iddia edirdi ki, onun avtomobilinin çəni 65 litr yanacaq tutur. Lakin biz YDM-də o çəni boşaltdıq və yenidən yanacaqla doldurduq. Nəticədə məlum oldu ki, həmin avtomobilin yanacaq çəninin tutumu 80 litrdir", - deyə şirkətdən bildirilib.

"SOCAR Petroleum"dan əlavə ediblər ki, bəzi KİV ötən il qaldırılmış iddianı yenidən yayıblar: "Bu şikayət ötən il olub. Amma bəzi saytlar onu yenidən qabardıb. Mütəmadi olaraq, yəni hər üç aydan bir Standartlaşdırma Komitəsinin əməkdaşlarının iştirakı ilə YDM-lər yoxlanılır və təhvil verilir. Şikayət olanda da yoxlanıldı. Eyni tutumu olan avtomobil əraziyə gətirildi. Onun da üzərində yoxlanıldı və heç bir problem aşkar edilmədi. Biz bütün bunları şikayətçinin iştirakı ilə etdik”.

Xatırladaq ki, bəzi KİV və sosial şəbəkələrdə "SOCAR Petroleum”a məxsus yanacaqdoldurma məntəqələrində sayğacın düzgün işləmədiyini və avtomobillərin yanacaq çəninə tutumundan artıq həcmdə yanacaq vurulması ilə bağlı məlumatlar yayılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol