• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda büdcə kəsiri ÜDM-in 14%-nə çatacaq

Azərbaycanda büdcə kəsiri ÜDM-in 14%-nə çatacaq
07.04.2016 18:00
Dünya Bankı: Neft qiymətlərinin tədricən bərpası 2018-ci ildə ölkə iqtisadiyyatını 1,3% artıracaq


Azərbaycanda ötən ilin fevral ayında həyata keçirilən milli valyutanın ilk devalvasiyasından sonra ölkədə dollarlaşmanın səviyyəsi artıb və bu proses 2015-ci il boyunca davam edib. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının aprel ayında yenilədiyi "ECA Economic Update: The impact of China on Europe and Central Asia" hesabatında deyilir.
Hesabata görə, ötən il ÜDM artımında Cənubi Qafqaz, Mərkəzi Asiya və Rusiyada sürətli geriləmə müşahidə edilib. Belə ki, Cənubi Qafqazda bu rəqəm 3,3%, Mərkəzi Asiyada 1,6%, Rusiyada isə 1,3% olub.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller (Cyrill Muller) deyib ki, Avropa və Mərkəzi Asiyada bir çox ölkələr siyasi, fiskal və monetar problemlərlə üzləşib. Rusiyadakı durğunluq isə 2015-ci ildə qeyri-neft ixracını 6,6% azaldıb.

"Azərbaycanda bank aktivlərinin portfeli zəifləyib və problemli kreditlərin həcmi kəskin artıb. Neft Fondunun aktivləri 33,5 mlrd. ABŞ dolları müəyyən edilib, halbuki ilin əvvəlində bu rəqəm 37 mlrd. dollar olub. Aşağı neft qiymətləri iqtisadi problemləri və infliyasiyanı şərtləndirən əsas amildir. Neft qiymətlərinin mərhələli şəkildə bərpası ölkənin iqtisadi artımının 2017-ci ildə yüksəlməyə başlamasına və 2018-ci ildə 1,3% olmasına gətirib çıxaracaq. Konsolidasiya edilmiş büdcənin kəsiri ÜDM-in 14%-ə qədər artacaq. Sosialyönümlü xərclər ÜDM-in 4%-ni, Cənub Qaz Dəhlizini də özündə birləşdirən inşaat xərcləri isə 4,25%-ni təşkil edir. Bu il isə cari büdcə kəsirinin genişlənərək ÜDM-in 4,7%-nə çatacağı proqnozlaşdırılır", - deyə sənəddə vurğulanıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İqtisadiyyat 11:42
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
İqtisadiyyat 11:35
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
İqtisadiyyat 11:30
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
İqtisadiyyat 11:22
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 11:19
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
İqtisadiyyat 10:32
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
İqtisadiyyat 10:28
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol