• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell yeni Satış və Xidmət Mərkəzinin açılışını edib

Bakcell yeni Satış və Xidmət Mərkəzinin açılışını edib
27.07.2016 17:15
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. 

Şirkət H.Z.Tağıyev küçəsi, 19 ünvanında yeni konsept və dizaynda olan Satış və Xidmət Mərkəzinin açılışını edib. Bu xidmət mərkəzi Bakcell abunəçilərinə geniş çeşiddə xidmətlər təqdim edir. Şəhərin mərkəzində yerləşən bu mərkəzdə abunəçilər həm Bakcell xidmət və məhsulları haqda məlumat əldə edə, həm də bir çox mobil texnoloji yeniliklərlə tanış ola və müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər.

"Abunəçilərimizə daha yaxın olmaq üçün Bakının mərkəzində istifadəyə verdiyimiz bu yeni Satış və Xidmət Mərkəzi innovativ yanaşma baxımından digərlərindən fərqlənir. Burada hər şey abunəçilərin rahatlığı üçün düşünülüb. İnnovativ mobil operator olaraq abunəçilərimizin xidmət və məhsullarımızdan daha rahat şəkildə faydalanmaları üçün müasir dövrün tələblərini mütləq şəkildə nəzərə alırıq. Bu, şirkətimizin dinamik inkişafının tərkib hissəsidir”,-deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

Hazırda "Bakcell”in paytaxt və bölgələrdə 30 Xidmət Mərkəzi öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Şirkət öz xidmətlərini abunəçilərinə daha yaxın etmək üçün satış və xidmət şəbəkəsini daha da genişləndirəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol