• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan şirkətləri Tiflisə sərmayə yatırmaqda maraqlıdır”

“Azərbaycan şirkətləri Tiflisə sərmayə yatırmaqda maraqlıdır”
23.08.2016 15:59
"Azərbaycan şirkətləri Gürcüstan paytaxtına sərmayə qoymaqda maraqlıdır. Bu şirkətlər Tiflisdə hotellər, binalar tikir və şəhərimizi daha da gözəlləşdirirlər”. 

Bu sözləri Tiflis şəhər meri David Narmaniya bildirib. O deyib ki, Azərbaycan şirkətləri Gürcüstan paytaxtında infrastruktur layihələri həyata keçirirlər.
 
Tiflis meri son illər Gürcüstanda turizmin inkişaf etdiyini diqqətə çatdırıb: "Ölkəmizdə, xüsusən Tiflisdə turizm durmadan inkişaf edir. Tiflisə və Gürcüstanın gəzməli, görməli yerlərinə Azərbaycandan da çoxlu sayda turistlər gəlir. Bizə çox xoşdur ki, Tiflis şəhəri turistlər tərəfindən bəyənilir. Paytaxtda turizmin inkişafında Azərbaycan şirkətləri də rol oynayır. Bu şirkətlərin tikdikləri hotellərə müxtəlif ölkələrdən və ən başlıcası, Azərbaycandan çoxlu sayda turistlər gəlir. Biz də çalışırıq ki, Gürcüstan paytaxtı turistlərin xoşuna gəlsin”.

D. Narmaniya Azərbaycan paytaxtının da gözəl olduğunu və 3 il əvvəl Bakıda keçirilən beynəlxalq konfrans zamanı şəhəri gəzdiyini söyləyib: "Biz Tiflis və Bakı arasında əlaqələri və əməkdaşlığı daha da möhkəmləndirmək istəyirik. Azərbaycanda, eləcə də Bakıda turizm sahəsi də getdikcə inkişaf edir. Şəhərdə turizm üçün hər cür şərait var”. //apa.az


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol