• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan sahibkarlarının məhkəmə müdafiəsi

Azərbaycan sahibkarlarının məhkəmə müdafiəsi
12.09.2016 08:30
S.Mehdiyeva

"Məhkəmə-tikinti ekspertizası sahibkarlardan birinə vurulmuş zərərin 17 milyon manat müəyyən etsə də, 1-ci instansiya məhkəməsi vurulmuş zərərə görə 8 milyon manata yaxın ödəniş edilməsi ilə bağlı qərar çıxarıb. Appelyasiya məhkəməsi isə bu məbləği əhəmiyyətli dərəcədə azaldaraq vurulmuş zərərə görə cəmi 954 min manat ödənməsi ilə bağlı qərar verib. Məhkəmədə sahibkarın hüquqlarının pozulmasının əsas səbəbi qarşı tərəfin dövlət qurumu olması idi”.

Bu məhkəmə epizodu  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birlyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində apardığı monitorinqində öz əksini tapıb.

İqtisadi məhkəmə mübahisələrinin bir çox hallarda yetərli, ədalətli, hərtərəfli araşdırılmaması, obyektivliyin qorunmaması... Monitorinq zamanı məhkəmələrin mənzərəsi belə olub.
 
Qarşı tərəf dövlət qurumu və ya məmur-binzesmen olanda...
 
Sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı konkret iş üzrə məhkəmə proseslərinin iştirakçısı olmuş 14 vəkillə, 4 hakimlə aparılan sorğu-müsahibə və izlənilmiş  bir məhkəmə prosesi zamanı məlum olub ki, sahibkarlar qarşı tərəf qismində hər hansı dövlət orqanı və inhisarçı mövqeyə malik sahibkarlıq subyekti çıxış etdikdə mübahisələrin məhkəmə qaydasında həllindən çəkinirlər.  

Üzə çıxan məsələlərdən biri də budur ki, sahibkarların müraciəti məhkəmə baxışına problemsiz qəbul edilsə də, proses zamanı iddiaçılar bir çox çətinliklərlə üzləşirlər: Məhkəmə proseslərinin vaxtında başlanmaması, məhkəmə baxışı zamanı lazımsız təxirəsalmalar, ərizənin baxılmamış saxlanması kimi durumlara bir çox hallarda rast gəlinir. Ancaq sahibkarları ən çox incidən ədalətli məhkəmə araşdırmasıdır, monitorinqdə göstərilir.
Tədqiqatçılar vurğulayırlar ki, qarşı tərəf inhisarçı sahibkar və ya dövlət qurumu olduqda məhkəmə iddiaçının bir çox vəsatətini heç bir əsaslandırma olmadan rədd edir, ya da qismən təmin edir.

Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov monitorinqin nəticələrini reallığa uyğun sayır, onun sözlərinə görə, sahibkarlar mülki qaydada iddia qaldırsalar belə, bu mülki iddalar hakimin işə baxma prizmasından asılı olur: "Misalı özümdən çəkim. Mən 2004-cü ildən səhmdarı olduğum bir səhmdar cəmiyyətə qarşı 4-5 müxtəlif iddia qaldırmışam. Şirkətin 30 faizdən yuxarı səhmi mənə məxsus olsa da, idarəçilikdə təmsil olunmuram və indiyədək divident almamışam. İddialarım bu məsələlərlə bağlı olub”.

"4 ildir ki, şikayətimizə baxılır...”

Nazim Məmmədov xatırlayır ki, proseslərdə heç bir ədalətli məhkəmə araşdırmasını müşahidə etməyib. Onun sözlərinə görə, başqa bir şirkətə qarşı iddiasına isə 4 ildir ki, baxılır: "Təsəvvür edin ki, biz hələ apellyasiya mərhələsini aşmamışıq. Müxtəlif instansiyalarda yubana-yubana qalmışıq, qarşı tərəfin təsir rıçaqları sayəsində hakimlər bir qərar qəbul edə bilmirlər. Belə bir şəraitdə Azərbaycanda sahibkarın öz hüquqlarını,  maraqlarını məhkəmə yolu ilə müdafiə etməsi ilə bağlı danışmaq çətindir”.
Sabiq millət vəkili vurğulayır ki, nə qədər məmur-biznes tərəfdaşları var, məhkəmələrdə ədalətli mühakimə axtarmaq cəhdi uğursuzluqla nəticələnə bilər.
Ancaq iqtisadçı ekspert hesab edir ki, sahibkarlıq subyektlərinin pozulmuş hüquqları məhkəmədən kənar, alternativ üsullarla da qorunmalıdır: "Rusiyada buna sülh məhkəmələri deyirlər. Mübahisə edən tərəflər hər ikisini qane edən adam seçir və onun mühakiməsini istəyirlər”.
 
"Mübahisənin alternativ həlli daha səmərəlidir”
 
Hüquqşünas Abil Bayramov deyir ki, Azərbaycan qanunvericiliyində bir sıra alternativ həll üsulları nəzərdə tutulub, lakin onlardan istifadə halları azdır: "Qanunvericilik əmək, mülki və digər mübahisələrin həllində alternativ üsullardan istifadəni nəzərdə tutur. Məsələn, Əmək Məcəlləsinin 265-ci maddəsi kollektiv əmək mübahisələrinin aşağıdakı barışdırıcı üsullarını təsbit edir: razılaşdırıcı komissiya;vasitəçi;əmək arbitrajı”. Ancaq ekspert hesab edir ki, Azərbaycanda mübahisələrin alternativ həlli üsullarının geniş yayılmasına səy göstərmək lazımdır. Onun fikrincə, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsi göstərir ki,  mübahisənin dövlət məhkəməsi vasitəsilə deyil, alternativ üsullarla həlli daha səmərəlidir: "Bu baxımdan Azərbaycanda da mübahisələrin həllinin alternativ üsullarının inkişaf etdirilməsi sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.

Abil Bayramov hesab edir ki, Azərbaycan da mediasiya haqqında qanun qəbul etməli və qnaun tətbiqi üçün bütün mümkün şəraiti yaratmalıdır. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol