• $
  • €
  • ₽
  • ₺
  • £

Subsidiyaların veriləcəyi məhsulların siyahısı hazırlanır

Subsidiyaların veriləcəyi məhsulların siyahısı hazırlanır
22.09.2016 21:14
Sentyabrın 17-də Sabirabad rayonunda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr edilmiş birinci ümumrespublika müşavirəsində qarşıya qoyulmuş vəzifələrin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icrasının təmin edilməsi məqsədilə nazirinin müvafiq əmri ilə işçi qrupu yaradılıb.
 
Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, işçi qrupu on gün müddətində beynəlxalq təcrübə nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıq və pambıq məhsullarının istehsalına və emalına görə hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi prosedurlarının müəyyən edilməsi, subsidiyaların verilməsinin istiqamətləri və məbləğləri, ayrılan subsidiyaların təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, barama istehsalına və tədarükünə, pambıq, tütün və digər texniki bitkilərin əkilməsinə və "Aqrolizinq” ASC, eləcə də digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılan mineral gübrələrə və pestisidlərə subsidiyaların verilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə təkliflər hazırlayacaq.
 
İşçi qrupuna eyni zamanda müasir texnologiyalar əsasında məhsul istehsalının genişləndirilməsi məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına son məhsula görə subsidiyaların veriləcəyi məhsulların siyahısı, subsidiyaların verilməsinin şərtləri və məbləğləri barədə təklifləri də hazırlayaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilməsi  tapşırılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol