• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə ŞAD XƏBƏR

Sürücülərə ŞAD XƏBƏR
01.12.2016 10:10
Binəqədi rayonu Cəfər Xədan küçəsinin daha bir hissəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 m-lik hissəsində aparılıb. Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və küçənin 10 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib.

1500 paqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Bundan başqa, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşul olan qurumlarla birgə aparılıb. Belə ki, ərazidə yeni su və kanalizasiya xətləri çəkilib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb. İşlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında həyata keçirilib. Qeyd edək ki, Cəfər Xəndan küçəsində təmir işləri Bakı şəhərində avtonəqliyyat vasitələrini və vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində atılan kompleks addımlar çərçivəsində aparılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol