• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda taksi sürücülərinə qarşı reydlər başladı

Bakıda taksi sürücülərinə qarşı reydlər başladı
01.12.2016 11:08
Bakı Nəqliyyat Agentliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Nuridə Allahyarova məlumat verib. O deyib ki, məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir : "Bu çərçivədə ilk tədbir metronun Koroğlu stansiyasının ətrafında keçirilib. Bakı Nəqliyyat Agentliyinin müfəttişləri yol patrul xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə yaxınlaşaraq onlara hüquq və vəzifələri, eləcə də ümumi qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparıb. Diqqətə çatdırılıb ki, hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə edilən ən narahatedici məqam onların dayanma və durma qaydalarının tələbini pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur".

N.Allahyarova bildirib ki, Bakı Nəqliyyat Agentliyi məsələnin həlli istiqamətində kompleks tədbrilər həyata keçirir: "Bu çərçivədə ilk olaraq Bakı şəhərində taksi dayanacaqlarının pasportlaşdırılmasına başlanılıb. Belə ki, agentliyin xüsusi eskpert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib".

N.Allahyarova bildirib ki, maarifləndirici xarakter daşıdığından bugünkü tədbir zamanı dayanma və durma qaydalarının tələbini pozan sürücülərə qarşı hər hansı cərimə protokolu tərtib edilməyib: "Gələcəkdə qanunvericiliyin bu tələbinə əməl etməyən sürücülərə qarşı inzibati cəza tədbirləri görüləcək.

Qeyd edək ki, 2017-ci il Yanvar ayının 1-dən "Fərqlənmə nişanı" olmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülər 40 manat məbləğində cərimə ediləcək.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İqtisadiyyat 11:42
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
İqtisadiyyat 11:35
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
İqtisadiyyat 11:30
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
İqtisadiyyat 11:22
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 11:19
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
İqtisadiyyat 10:32
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
İqtisadiyyat 10:28
Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol