• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanan banklar ilə əlaqədar multibank sistemi yaradıldı

Bağlanan banklar ilə əlaqədar multibank sistemi yaradıldı
01.12.2016 15:55
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ləğvedicisi olduğu 11 bank – "Royal Bank”, "Bank of Azerbaijan”, "Atrabank”, "Qafqaz İnkişaf Bankı”, "Texnikabank”, "Dekabank”, "Kredobank”, "Parabank”, "Zaminbank”, "Bank Standard” və "Gəncəbank” vahid informasiya sistemi ilə idarə olunacaq. 

Bunu "Report”a açıqlamasında ADİF-in icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu məqsədlə rəhbərlik etdiyi qurum multibank sistemi yaradıb: "Hazırda ləğvetmə prosesində olan bankları bu sistemə keçiririk.

Artıq "Bank Standard” və "Qafqaz İnkişaf Bankı” multibanka əlavə olunub. İndi "Zaminbank”ın üzərində işləyirik. Tədricən digər banklar da bu sistemə keçiriləcək və 11 bank ayrı-ayrılıqda deyil, vahid mərkəzdən idarə olunacaq”.

A.Cavadov qeyd edib ki, vahid informasiya sisteminin yaradılmasında məqsəd bankların ləğv edilməsi prosesindəki şəffaflığı təmin etməkdir: "Bu sistemdə bütün bağlanmış banklarla bağlı real vəziyyət əks olunacaq. Onların satışda olan əmlakları aydın şəkildə görünəcək və əgər hansısa əmlak satılsa, dərhal sistemdən çıxmış olacaq”.

ADİF rəhbəri bağlanmış banklara məxsus daşınmaz əmlakların satışı ilə bağlı son vəziyyəti də açıqlayıb: "Hələ ki, inventarlaşdırma gedir. Dekabrın 15-nə qədər bu işləri başa çatdırmağı və bu məqsədlə yaratdığımız www.emlak.adif.az saytında satışa çıxarmağı planlaşdırırıq”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol