• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bankların xilası üçün daha bir cəhd

Azərbaycanda bankların xilası üçün daha bir cəhd
31.03.2017 12:20
Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) "körpü banklar” yaratmaq səlahiyyətinin verilməsi nəzərdə tutulur. Bunu Milli Məclisdə İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi zamanı MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

ANN.Az xəbər verir ki, İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə dəyişikliklər gələcəkdə "Bank haqqında” Qanuna müvafiq dəyişikliklər etməyə zəmin hazırlamaq üçün təqdim edilib və qanun layihələrində "körpü bank”ların yaradılmasını nəzərdə tutan qətnamə anlayışı əksini tapıb.

Məsələn, İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, MBNP-nin bankın qətnaməsi çərçivəsində qəbul etdiyi qərar məhkəmə tərəfindən ləğv edilə bilməz.

Müzakirələr zamanı R.Aslanlı bildirib ki, maliyyə bazarlarına nəzarət orqanı problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərini həll etməlidir:

"Yəqin ki, gələcəkdə dünyada maliyyəçilər başqa yollar da tapa biləcəklər. Bizim təklif etdiyimiz qətnamə "körpü bank”ın yaradılmasıdır”.

"Körpü bank” anlayışının nə olduğuna Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bakupost.az-a açıqlamasında aydınlıq gətirib və bu məsələnin komitənin növbəti iclasında müzakirə ediləcəyini bildirib.

O qeyd edib ki, sabah komitə iclasında bu məsələ ilə bağlı qərar verilə bilər: "Bank haqqında” Qanuna müvafiq dəyişikliklər ediblər. Bu qərar müəyyən problemləri, bağlanmaq ehtimalı olan, kapital ehtiyatı olmayan və digər problemləri olan banklar üçün nəzərdə tutulub.

O bankların sağlamlaşdırılması üçün aparılan əməliyyatlar nəticə vermirsə, o zaman banklarda xüsusi inzibatçı kadrlar təyin edirlər. Yəni, əvvəlki kadrları kənarlaşdırırlar. Ondan sonra həmin banklarda bu işlər aparılır. Bankların sağlamlaşdırılması əməliyyatları həyata keçirilməyə başlanılır. Onlar üçün də "körpü banklar” yaradılı”. 

V.Əhmədov qeyd edib ki, bu, beynəlxalq aləmdə olan təcrübədir: "Körpü banklar” faktiki müəyyən vaxta kimi fəaliyyət göstərir. Yeni bir investor və ya sahibkar çıxana kimi, hansısa inkişaf etmiş bank onu istəyənə kimi işləyəcək.

"Körpü banklar” yalnız məhz bu aralıqda fəaliyyət göstərəcək. Yəni,müəyyən qısa müddət üçün mövcud olacaq. Bir investor həmin bankı alanda isə öz fəaliyyətini dayandıracaq”.

İqtisadçı ekspert Qubad İbadoğlu isə musavat.com-a deyir ki, bu prosedur hazırda tətbiq olunur: "İstənilən bankın bağlanması ilə bağlı qərar olanda həmin bankın idarəçiliyi Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir.

Sonra həmin bankın ləğvi ilə əlaqədar komissiya yaradılır. Həmin komissiya bankın öhdəliklərinə, ödənişlərinə və digər məsələlərə məsul olur. Həmçinin bankın satışını həyata keçirir ki, borc öhdəliklərini ödəyə bilsin.

Bunu "Standard Bank”da da, digər banklarda da tətbiq ediblər. Bank ləğv olunduqdan sonra onun əsas səlahiyyətləri ləğvetmə komissiyasına keçir. Ləğvetmə komissiyası da əsasən, MBNP-nin təşəbbüsü və təqdimatı ilə formalaşır.

Bu tətbiq olunan prosedurun hüquqi əsası yoxdur, indi bunun hüquqi əsaslarını yaratmağa çalışırlar. Maliyyə Bazarlarına Nəzarət Palatasına elə səlahiyyət vermək istəyirlər ki, onlar körpü banklar yaratsınlar. Yəni, bank ləğv olunmasa da onun sağlamlaşdırılması ilə bağlı MBNP-nin nümayəndələri iş aparsınlar.

Eyni hərəkəti "Standard Bank”da etdilər. Maliyyə Bazarlarına Nəzarət Palatası orada öz nümayəndəsini təyin etdi. Daha sonra başa düşdü ki, həmin bankı sağlamlaşdırmaq mümkün olmayacaq və bankın tamamilə ləğv olunmasına qərar verdi".

İqtisadçının sözlərinə görə, əslində burada "krizis meneceri” məsələsindən söhbət gedir: "Bank böhrana düşübsə, həmin dövrdə idarəçiliyi başqa bir müvəqqəti struktura verirlər. Həmin struktur Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə formalaşır.

İndi həmin strukturların fəaliyyətini qanuniləşdirmək məqsədilə qanunvericilikdə dəyişikliklər həyata keçiriləcək və burada MBNP-yə yeni səlahiyyətlər veriləcək. Bunu Milli Məclisin martın 31-də keçirilən iclasında müzakirəyə çıxaracaqlar”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol