• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR rəsmisi: İtkilərimiz normadan aşağıdır

SOCAR rəsmisi: İtkilərimiz normadan aşağıdır
26.04.2017 17:20
"Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan da aşağıdır”.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəis müavini Nazim Səmədzadə bildirib.

Onun sözlərinə görə, xarici ölkələrin magistral qaz kəmərlərində texniki itki 1%-ə qədərdir, Azərbaycanda isə bu göstərici 0,5%-dən də aşağıdır: "Adamabaşına təbii qaz istehlakı ilə bağlı hesablama aparsaq, digər ölkələrdən yüksək rəqəm alarıq”.

O, Gürcüstana təbii qaz nəqlindən də danışaraq qeyd edib ki, SOCAR Gürcüstana gündəlik 7 mln. kubmetr təbii qaz nəql edir: "2016-cı ildə daxili imkanlar hesabına Hacıqabul-Qazax-Qardabani qaz kəmərində müəyyən təmir işləri aparılıb.

Kəmərin gündəlik ötürücülük gücünü 10 mln. kubmetrə çatdırdıq. Bu kəmərlə 3 mln. kubmetr əlavə təbii qaz nəql etmək imkanımız var. Rahat şəkildə bu həcmi verə bilərik”.

N.Səmədzadə qeyd edib ki, İrandan gündəlik 8 mln. kubmetr təbii qaz qəbul edilib: "Bunun 7 mln. kubmetrini Astara-Hacıqabul, 1 mln. kubmetrini isə Xoy-Culfa (Naxçıvan Muxtar Respublikası) qəbul etmək gücündədir. 

Azərbaycan tərəfi İrandan bu həcmin qəbulunu yoxlayıb. Astarada kompressor vasitəsilə təzyiqi qaldırıb təbii qazı İrana ötürürük. 

Kompressor vasitəsilə təzyiqi qaldıraraq İrana maksimum gündəlik 3,2 mln. kubmetr təbii qaz vermək imkanımız olub”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol