• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Rusiya ilə azad ticarətə keçmək istəyir

Türkiyə Rusiya ilə azad ticarətə keçmək istəyir
18.08.2017 18:20
Türkiyənin iqtisadiyyat naziri bunun üçün Rusiya ilə gömrük razılaşması imzalana biləcəyini deyib.

Türkiyə Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük razılaşması imzalamaq niyyətindədir.

"Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Qeyd edək ki, bu gündən başlayaraq avqustun 27-nə qədər Türkiyənin İzmir şəhərində 86-cı Beynəlxalq Çoxşaxəli Yarmarka keçiriləcək. Rusiya bu tədbirdə tərəfdaş-ölkə qismində çıxış edir.

"Rusiya-Türkiyə tərəfdaşlığının ticari-iqtisadi sferada yeni mərhələsi” mövzusunda keçirilən plenar sessiyaya qatılmış N.Zeybekçi deyib ki, Türkiyə Avropa İttifaqı ilə imzalanmış gömrük razılaşmasını pozmamaq şərti ilə AİB-lə oxşar razılaşma imzalamağı təklif edir: "Türkiyə həm də AİB-lə əməkdaşlığı inkişaf etdirmək istəyir”.

Onun sözlərinə görə, ötən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 30% artıb və "bu hələ başlanğıcdır”: "Əməkdaşlıq üçün çoxlu sahələr var. Xüsusilə neft-kimya, kənd təsərrüfatı və digər sahələrdə böyük potensial mövcuddur. Rusiya və Türkiyə arasında azad ticarətə dair razılaşma tərəfdaşlığın yeni səviyyəyə yüksəlməsinə səbəb olacaq. Bu razılaşma həmçinin invesitisiya qoyuluşunu da nəzərdə tutur”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol