• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəb ləvazimatlarının qiymətləri - Siyahı

Məktəb ləvazimatlarının qiymətləri - Siyahı
22.08.2017 23:25
Yeni dərs ilinin gəlişinə hazırlaşan valideynlər məktəbli mağazalarına baş çəkərək qiymətlərlə maraqlanırlar. Onlar uşaqların tam hazırlıqlı şəkildə məktəbə göndərilməsi üçün həm qiymətlərdən, həm də kefiyyətdən narahatdırlar. Əvvəlki illərə nisbətən qiymətlərin bahalaşdığı deyilir.

Bir şagirdi məktəbə yola salmaq üçün nə qədər pul lazımdır? 

anews.az bu barədə Azvision.az-a istinadən xəbər verir.

Satıcılarla söhbət əsnasında məlum olur ki, yarmarkanın təzə açılması ilə əlaqədar alıcı qıtlığı yaşanır. 

"Valideynlər daha çox sentyabr ayını gözləyirlər. Hələlik alver çox zəifdir”

Piştaxtalarda məktəblilərə aid bir çox ləvazimatlara rast gəlmək olar. İlk olaraq məktəbli çantalarının qiymətini soruşuruq. Satıcılar qiymətlərin 12 manatdan 40 manatadək dəyişdiyini bildiriblər. Qiymət çantanın formasından, ölçüsündən, hazırlanmasında istifadə olunan materialdan asılı olaraq dəyişir. Daha sonra dəftərlərin qiyməti ilə maraqlandıq.

20 vərəqli ana dili və riyaziyyat dəftərini 20, 40 vərəqli dəftəri isə 35 qəpiyə almaq olar. Rəngli karandaşların və plamastrların qiyməti isə 2-12 manat arasında dəyişir. Yağlı boyaların qiyməti digərlərindən bir az bahadır. Rəsm albomları yarmarkada 2-3 manatadır. Qələmlərin qiyməti 30 qəpikdən bir manata, bir manat 50 qəpiyə alıcılara təklif olunur. Dəftərləri yerləşdirmək üçün satılan portfellər də 30 qəpikdən başlayır, 3 manatadək dəyişir. Dəftər üzləri isə 40 qəpikdən satılır. Yarmarkada qələm yonan isə 40 qəpikdir. 

Xətkeşlərin qiyməti bir manat və bir manat 50 qəpik arasında dəyişir. Uşaqlar üçün istifadə edilən su qablarının qiyməti keyfiyyətindən aslı olaraq müxtəlifdir. Valideynlər bu qabları 8-12-14 manata ala bilərlər. Bir sözlə, gözünüz piştaxtalarda qalmasın deyə, əlinizin cibinizdə olması mütləqdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol