• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni binalarla bağlı inqilabi yenilik

Yeni binalarla bağlı inqilabi yenilik
06.02.2018 12:19
Dünən Mülki Məcəlləyə böyük əhəmiyyətə malik olan dəyişkiliklər dərc edilib. 

"Qafqazinfo” xəbər verir ki, bu haqda iqtisadçı Əkrəm Həsənov sosial şəbəkədə yazıb. O, bildirib ki, tikintisi başa çatmayan binalar, yəni tikintisinə icazə alınmış, lakin istismarına icazə verilməmiş binalardakı mənzillərə və qeyri-yaşayış sahələrinə  mülkiyyət hüququna dair bu dəyişikliklərin böyük əhəmiyyəti var. 

Məlum olduğu kimi, bu sahədə 2 əsas problem mövcuddur: 

1) tikinti şirkətləri mənzilləri eyni zamanda bir neçə nəfərə satır; 

2) tikinti şirkətləri mənzillərə görə ödənişi alır, amma tikintini başa çatdırmır, yaxud proses çox uzanır. 

Məcəlləyə edilən dəyişikliklər bu problemlərə son qoyacaq.

1. Belə ki, əvvəla, tikintisi başa çatdırılmayan mənzillərə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qabaqcadan dövlət qeydiyyatına alınacaq ("kupça”, yəni çıxarış veriləcək). Özü də yalnız mənzilə yox. Binanın altındakı torpaq sahəsi də mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyəti hesab olunacaq. Beləliklə də bir mənzili bir neçə şəxsə satmaq artıq mümkün olmayacaq. Torpaq da mənzil mülkiyyətçilərinə məxsus olduğu üçün tikinti şirkəti işini görməsə, onu başqası ilə əvəz etmək mümkün olacaq.

2. Tikinti şirkəti isə mənzil mülkiyyətçilərinin podratçısı (işçisi) hesab olunacaq. Yəni onun işi sırf binanın tikib təhvil verməkdən ibarət olacaq. Özü də pulunu da qabaqcadan tam ala bilməyəcək, hissə-hissə almalıdır. Qanuna əsasən müqavilədə ayrı mərhələ və hissələr nəzərdə tutulmayıbsa, alış qiymətinin (muzdun) ödənilməsi tikintinin mərhələləri üzrə hissələrlə aşağıda göstərilən faizlərdən çox olmamaq şərti ilə aparıla bilər:

1) torpaq-qazma işlərinin başlanılmasından sonra - müqavilə məbləğinin 30 faizi;

2) tikilinin yan və daxili divarları, dam örtüyü hazır olduqdan sonra - müqavilə məbləğinin 10 faizi;

3) dam səthlərinin və navalçaların (novların) qurulması işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 8 faizi;

4) istilik təchizatı sistemlərinin quraşdırılması başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;

5) su xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;

6) elektrik xətlərinin çəkilməsi başa çatdıqdan sonra - müqavilə məbləğinin 3 faizi;

7) pəncərələrin quraşdırılması (şüşələrin taxılması da daxil olmaqla) başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;

8) daxili suvaq (malalama) işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 6 faizi;

9) birdən artıq tərkib hissəsi olan binada birdən artıq tərkib hissəyə xidmət edən sahələrin döşəmələri hazır olduqdan sonra - müqavilə məbləğinin 3 faizi;

10) fasad işləri başa çatdıqdan sonra - müqavilə məbləğinin 10 faizi;

11) su anbarı da daxil olmaqla, binaya xidmət edən və binadan ayrıca inşa edilən obyektlərin tikintisi başa çatdıqdan sonra - müqavilə məbləğinin 9 faizi;

12) bina tam hazır olduqdan və onun istismarına icazə verildikdən sonra – müqavilə məbləğinin 5 faizi.

Beləliklə, tikinti şirkəti sahibləri pulu götürüb aradan çıxa bilməyəcək.

Bu dəyişikliklər əsasən cari ilin iyulun 1-dən qüvvəyə minəcək. Beləliklə də Azərbaycanda nəhayət ki, bu problemlər həll olunacaq və insanlarımız əminliklə yeni binalarda mənzil ala biləcək. Eyni zamanda bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də yavaş-yavaş "vahid daşınmaz əmlak” institutu formalaşacaq. Yəni daşınmaz əmlak ilk növbədə torpaqdır, üstündəki isə onun tərkib hissəsidir.

Mən müsahibələrimdə bu barədə fikirlərimi səsləndirmiş, təkliflərimi vermişdim. Yekunda da qanuna edilən dəyişikliklər məhz bu formada oldu. Ümid edirəm ki, dəyişiklilərin icrası da yüksək səviyyədə həyata keçiriləcək. Hər bir halda dövlət başçısının təşəbbüsü ilə atılan bu addım ölkə iqtisadiyyatımız üçün çox müsbət nəticələr verəcək!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol