• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il qiymətli kağızlar bazarı 12% artıb

Ötən il qiymətli kağızlar bazarı 12% artıb
16.02.2018 21:10
2017-ci ildə qiymətli kağızlar bazarında artımla yanaşı, pozitiv kəmiyyət və keyfiyyət dəyişiklikləri qeydə alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, 2017-ci ildə qiymətli kağızlar bazarı 2016-cı illə müqayisədə 12% artaraq 15,7 mlrd. manat təşkil edib. Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artıb.

Ötən il ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri nəticəsində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əqdlərin məbləği 2,2 dəfə artaraq 2 mlrd. manatı üstələyib. Xüsusilə banklar tərəfindən kapital tələblərinin təmin edilməsi məqsədilə nizamnamə kapitallarının artırılması səhm bazarının artımını şərtləndirən mühüm amil olub. Korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarı ötən illə müqayisədə 79% azalaraq 1,6 mlrd. manat təşkil edib.

Hesabat dövründə Maliyyə Nazirliyi tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə not buraxılışları dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib. Belə ki, dövlət istiqrazları bazarı 48%, not bazarı isə 19,4 dəfə artıb. Hesabat dövründə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə fond birjasında 50 hərrac keçirilib və nəticədə ilkin bazarda əqdlərin həcmi ötən illə müqayisədə 19,3 dəfə artaraq 5,2 mlrd. manat olub. Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə fond birjasında keçirilmiş 45 hərracda bağlanmış əqdlərin həcmi ötən illə müqayisədə 89% artaraq 795 mln. manat təşkil edib.

2017-ci ildə Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 5,5 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 402 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 5,9 mlrd. manat olub və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 33,8% artım müşahidə edilib.

Hesabat dövrü ərzində repo əməliyyatlarının ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə artaraq 51,5 mln. manat olub. Dövlət istiqrazları ilə ümumi məbləği 30.8 mln. manat olan 37 repo əməliyyatı, korporativ istiqrazlarla isə 20,8 mln. manat məbləğində 14 repo əməliyyatı keçirilib.

2017-ci ildə 11,5 mlrd. manat və 4,1 mlrd. ABŞ dolları məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol