• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda II Maliyyə və İnvestisiya Forumu keçiriləcək

Bakıda II Maliyyə və İnvestisiya Forumu keçiriləcək
19.02.2018 20:45
5 may 2018-ci il tarixində Bakı şəhəri "Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə II Maliyyə və İnvestisiya Forumu (FIF2018) "Rəqəmsal Biznes Trendləri” devizi ilə keçiriləcək.

AzVision.az xəbər verir ki, bu ilki forumun keçirilməsində əsas məqsəd ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafının genişləndirilməsi, bu sahənin hüquqi və infrastruktur bazasının beynəlxalq tələblərə uyğunlaşdırması, regional əhəmiyyətli iqtisadi oyunçu kimi Azərbaycan Respublikasının aparıcı mövqeyinin daha da gücləndirilməsi istiqamətində dövlət siyasətinin reallaşmasına dəstək olmaqdan ibarətdir.

Forum ötən il olduğu kimi 3 paneldən ibarət olmaqla günboyu davam edəcək. "İnvestisiya Strategiyaları”, "Maliyyələşmə Strategiyaları”, "Vergi Siyasəti və Mühasibat Uçotu” adlı panellərdə toplam 12 yerli və xarici spikerin çıxışı planlaşdırılıb. Forumda özəl şirkətlərlə yanaşı əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak edəcək.

Keçiriləcək tədbir sayəsində dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olması ümumilikdə sektora müsbət təsir edəcək. Maliyyə, vergilər, audit, mühasibatlıq sahəsində çalışan menecerlər, sahibkarlar və ümumiyyətlə bizneslə əlaqəli hər kəs bu forumda iştirak edə bilər.

Qeyd edildiyi kimi FİF2018 illik olaraq özəl şirkətlərin dəstəyi ilə keçirilir. II Maliyyə və İnvestisiya Forumunun baş sponsoru ATA Sığorta ASC, bank sponsoru isə AFB Bank-dır.

Forum haqqında ətraflı məlumatı www.fif.az saytından və rəsmi facebook səhifəsi olan www.facebook.com/fifazerbaijan vasitəsilə əldə etmək mümkündür.
Məlumat üçün bildirək ki, Maliyyə və İnvestisiya Forumu illik olaraq keçirilir. İlk forum 5 may 2017-ci il tarixdə 200-dək şirkətin 400-dən çox menecerinin iştirakı ilə baş tutub. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol