• $
  • €
  • ₽
  • ₺
  • £

Bölgələrdə pensiyalar niyə gecikir? - RƏSMİ CAVAB

Bölgələrdə pensiyalar niyə gecikir? - RƏSMİ CAVAB
25.04.2018 12:07
Bakı şəhəri üzrə pensiyaların maliyyələşdirilməsi aprel ayının 10-da başa çatsa da, respublikanın digər şəhər və rayonlarında vəsaitlər hələ də hesablara köçürülməyib.

Bəs yerlərdə pensiyalar nə zaman veriləcək?

Oxu.Az-ın bu istiqamətdə sorğusuna cavab verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirdi ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının pensiyalarının ödənişi prosesi normal qaydada həyata keçirilir və pensiyaların maliyyələşməsində heç bir problem, çətinlik yoxdur: 

"Bu işlər müvafiq qrafikə uyğun olaraq aparılır, artıq Bakı şəhəri və respublikamızın əksər şəhər və rayonları üzrə aprel ayının pensiyalarının maliyyələşdirilməsi tam təmin edilib. Yalnız bir neçə rayon qalıb ki, onlarla bağlı pensiyaların da maliyyə təminatı işləri aparılır və yaxın iki gün ərzində həmin bir neçə rayonun pensiyaçılarının pensiyalarının ödənişi  tam başa çatacaq. 

Yəni qrafik üzrə pensiyaların ödənişi prosesi normal şəkildə davam etdirilir və əvvəlki aylarda olduğu kimi, aprel ayı üzrə pensiyaların da elə bu ay ərzində respublikamızın bütün rayon və şəhərləri, habelə bütün pensiyaçı kateqoriyaları üzrə maliyyələşdirilməsi tam təmin olunacaq”, - deyən şöbə müdiri vurğulayıb ki, pensiyaların ödənişi prosesləri müasir və şəffaf qaydada, plastik kartlarla, bankomatlar vasitəsilə həyata keçirilir. 

E.Babayev vurğulayıb ki, pensiyaların məbləğində artım 2018-ci ildə də davam edib. Xüsusilə Azərbaycan Respublikası prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, 2018-ci ilin 1 yanvar tarixinə əmək pensiyalarının2017-ci il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılması bu sahədə mühüm rol oynayıb.

Beləliklə, pensiyaların orta aylıq məbləği 2018-ci il 01 aprel tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz artaraq, 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 9,27 faiz artaraq 244,36 manata çatıb:

"Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində, o cümlədən sosial sığorta daxilolmalarında artım tempi də davam etməkdədir. Belə ki, cari ilin yanvar-mart aylarında Fondun gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 faiz artıb”. 

Qeyd edək ki, 01 aprel 2018-ci il tarixinə ölkəmizdə 1 milyon 313 min nəfər əmək pensiyaçısı var.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol