• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell sosial mediada da liderdir!

Azercell sosial mediada da liderdir!
20.07.2018 13:42
Şirkət yenidən "Socially Devoted” sertifikatına layiq görülüb

Ölkədə sosial şəbəkələr üzərindən və onlayn rejimdə ilk müştəri xidmətləri təqdim edən "Azercell Telekom” MMC yüksək xidmət səviyyəsini və peşəkarlığını bir daha sübut edib. 2018-ci ilin birinci rübündə rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni operativ şəkildə cavablandırdığına görə beynəlxalq "Socialbakers” şirkəti tərəfindən "Socially Devoted” sertifikatına layiq görülüb. Bu nailiyyəti daha da təqdirəlayiq edən məqam Azercell-in rəsmi Facebook səhifəsində 440 000-dən artıq izləyici sayıdır və bu rəqəm böyümə dinamikasına malikdir. Şirkət Twitter sosial şəbəkəsində də abunəçilərinin bütün suallarını cavablandıraraq, bu göstərici ilə növbəti dəfə digər mobil operatorları geridə qoyub.

Şirkətin Twitter, İnstagram rəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 600 000-ə yaxın istifadəçisi var. Onlar 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və 6 fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər. Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaqla yanaşı sosial şəbəkələr üzərindən şirkətlə əlaqə quran abunəçi ən qısa zamanda ehtiyacı olan məlumatı əldə edir, müraciətinin həllini tapır.

Qeyd edək ki, "Socialbakers” (http://www.socialbakers.com) dünyada sosial şəbəkələrin monitorinqini apararaq, 75 ölkədən çox olan minlərlə abunəçiyə xidmət göstərir. Şirkət müştəri suallarının cavablandırılması səviyyəsi üzrə yüksək göstəriciyə imza atan şirkətləri mükafatla təltif edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol