• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərzaq məhsulları bahalaşdı - Siyahı

Bu ərzaq məhsulları bahalaşdı - Siyahı
12.08.2018 14:59
Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,3 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən BiG.AZ-a bildiriblər ki, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz artıb.


Ay ərzində yumru düyünün, manna və qarabaşaq yarmasının, makaronun, qoyun ətinin, pasterizə olunmamış üzlü südün, bananın, almanın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, pomidorun, xiyarın, badımcanın, bibərin, göy lobyanın, kələmin, çuğundurun, sarımsağın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, uzun düyünün, mal və toyuq ətinin, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, qara və yaşıl çayın, limonun, albalının, gilasın, qarpızın, yemişin, çiyələyin, göyərtinin, yerkökünün qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, fotoaparatların, telefon aparatlarının və elektrik fenlərinin qiymətlərində isə ucuzlaşma olub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyulda əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən dəmiryol nəqliyyatı ilə ölkədaxili və beynəlxalq sərnişindaşıma xidmətlərinin, MDB ölkələri istisna olmaqla digər ölkələrə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, ödənişli ali təhsil haqlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin, ayaqqabıların təmiri xidmətlərinin qiymətlərində bahalaşma, MDB ölkələrinə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin kirayə haqlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol