• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni bank dələduzluğu

Bakıda yeni bank dələduzluğu
29.03.2019 09:10
Xarici ölkədə fəaliyyət göstərən bank adından Bakıda vətəndaşa qarşı dələduzluq etmək istəyiblər. Hadisə Yardımlı sakini Nail Ağaverdiyevin başına gəlib.


Qaynarinfo xəbər verir ki, "Xəzər xəbər”ə müraciət edən həmin şəxsin sözlərinə görə, bir neçə gün əvvəl sosial şəbəkədə ona Samira adlı bir qadın yazıb. Qadın Fransadakı banklardan birinin əməkdaşı olduğunu deyərək, Nail Ağaverdiyevə kredit götürməyi təklif edib. Nail Samira adlı qadından 5 min dollar götürmək istədiyini deyib. Qadın onunla türk dilində yazışdıqdan sonra mobil telefon nömrəsini istəyib.


Bir neçə dəqiqə sonra ''+229 60 46 11 22'' nömrəli mobil telefondan Nail Ağaverdiyevə ''votsap''dan mesaj gəlib. Özünü Fransada bank müdri kimi qələmə verən şəxs Nail Ağaverdiyevin ad və soyadına yazılmış və möhürlü bir müqavilə sənədi göndərib. Məlumat verib ki, həmin müqavilə sənədini çap edərək imzalasın və təkrar mobil telefon vasitəsilə şəklini çəkib onlara göndərsin. Ardından isə 143 dolları ödəmək üçün bir hesab nömrəsi göndərib.


Nail Ağaverdiyev bunun bir dələduzluq olduğunu anlayıb və tələb edilən məbləği göndərməyib. Araşdırma zamanı məlum olub ki, həmin mobil nömrə Afrika qitəsində yerləşən Benin Respublikasına məxsusdur. Hüquqşünas Anar Ramazanov xarici ölkədə olan hansısa bir bankın telefon vasitəsilə yazışaraq vətəndaşa kredit verməsinin mümkün olmadığını deyir.


Hüquqşünas bu kimi faktla üzləşən şəxslərə ərazi üzrə polis idarəsinə müraciət etməyi tövsiyyə edir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol