• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət nazirini qəbul edib
29.03.2019 14:45
Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Syartonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Macarıstanın xarici işlər və ticarət naziri ilə ötən il  Moskvada "Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forum çərçivəsində baş tutmuş görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini  xatırladıb və bu səfərin isə yeni imkanlar yaratdığını qeyd edib.  

Macarıstanın enerji təchizatının mövcud vəziyyəti, qaza olan tələbatı  barədə məlumat verən Peter Syarto qaz bazarının diversifikasiyası ilə bağlı planlardan danışıb. Macarıstanın gələcəkdə "Cənub Qaz Dəhlizi" layihəsində  iştirakda  maraqlı olduğunu qeyd edib.  

Görüşdə "Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, genişləndirilmə perspektivləri,  növbəti mərhələdə ötürücülük qabiliyyətinin artırılması imkanları və işlənmədə olan qaz yataqları barədə məlumatlar  diqqətə çatdırılıb.

Enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq işçi qrupunun yaradılması təklif edilib. 

Söhbət zamanı Azərbaycanla Macarıstan arasında əməkdaşlığın digər istiqamətləri, eləcə də regional enerji təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol